Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Gəncədə YAP-ın yaranmasının 22-ci ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilib

Gəncədə YAP-ın yaranmasının 22-ci ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilib

22.11.2014 [12:03]

Gəncə şəhər “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev partiyanın keçdiyi yoldan, Ulu öndərin Azərbaycana rəhbərliyi illərində tarixi xidmətlərindən, ölkənin qısa müddət ərzində inkişaf etmiş iri sənaye respublikaları sırasına daxil olmasından danışıb. Naqif Həmzəyev vurğulayıb ki, YAP yarandığı gündən müstəqillik, azərbaycançılıq, dövlətçilik, milli tərəqqi kimi dəyərlərin təbliğinə xüsusi yer verir.
Sonra YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, GDU-nun prorektoru Pərvin Kərimzadə, Gəncə musiqi kollecinin direktoru Gülçin Mirzəyeva, Gəncə “ASAN xidmət”inin müdiri Elnur Rzayev Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildiriblər ki, Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqil dövlət kimi inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərib. Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, ölkəmizin regionun liderinə çevrilməsində Yeni Azərbaycan Partiyasının özünəməxsus rolu var.
Çıxışlardan sonra Gəncə şəhər “ASAN xidmət” mərkəzində çalışan könüllülərin bir qrupuna Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilib.
YAP-ın yaradılmasının 22-ci ildönümü münasibətilə, həmçinin, Gəncə şəhərində ağacəkmə aksiyası keçirilib. Tədbirdə YAP Gəncə şəhər təşkilatının İdarə Heyətinin üzvləri, partiya fəalları və gənclər iştirak ediblər. Gəncənin rəmzi sayılan 22 ədəd Xan çinarı Ulu öndərin adını daşıyan möhtəşəm Heydər Əliyev Park Kompleksinin ərazisində əkilib. Bununla yanaşı, ərazi alaq otlardan təmizlənib və əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstərilib. Qeyd edək ki, ağacların avtomatik damcı üsulu ilə suvarılması üçün xüsusi qurğular quraşdırılıb.

Paylaş:
Baxılıb: 822 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31