YAP-ın uğurlarının əsasında xalq sevgisi, dəstəyi dayanır
09.12.2014 [09:37]
Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlər Qaradağ rayonunun Korgöz qəsəbəsində seçicilərlə görüşüblər
Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatı bələdiyyə seçkilərində partiya tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Bu istiqamətdə növbəti görüş rayonun Korgöz qəsəbəsinin seçiciləri ilə keçirilib. Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının Aparat rəhbəri Ruslan İsmayılov deyib ki, Azərbaycanda bələdiyyə institutu gənc olmasına baxmayaraq, fəaliyyəti ilə əhalinin etimadını qazanıb. Burada da əsas məqamlardan biri yerli özünüidarə orqanlarında YAP-ın üzvlərinin uğurla təmsil olunmasıdır. Onun sözlərinə görə, qarşıdakı seçkilərdə YAP tərəfindən irəli sürülmüş namizədlərin də əsas məqsədi rayonumuzun tərəqqisi, onun sosial-iqtisadi yüksəlişi, əhalinin rifahının daha da yüksəldilməsi naminə çalışmaq, yerli özünüidarəetməni daha da inkişaf etdirməkdir.
O, daha sonra deyib ki, bu gün, nəinki Azərbaycanın, bütövlükdə, regionun ən böyük və mütəşəkkil partiyası olan YAP-ın uğurlarının əsasında xalq sevgisi, dəstəyi dayanır: “Məhz bu dəstəyin nəticəsində partiyamız yarandığı tarixdən bu günə qədər ölkəmizdə keçirilən bütün siyasi kampaniyalarda, seçki prosesində qalib gəlib. Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən YAP üzvləri də partiyamızın dövlətimizin inkişafı naminə göstərdiyi fəaliyyətin daha yüksək səviyyəli uğurlarla nəticələnməsinə çalışacaq. Mən inanıram ki, seçicilər hər zaman olduğu kimi, bu dəfə də real işə qiymət verəcəklər”.
Daha sonra tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Ramiz Yusubov, rayon təşkilatı İdarə Heyətinin üzvü Zaməddin Həmşəyev və digərləri də bələdiyyələrin ölkə miqyasında aparılan abadlıq-quruculuq işlərində yaxından iştirakını vurğulayaraq yerli özünüidarəetmə orqanlarının bu işlərdə təşəbbüskar olmasının vacibliyindən danışıblar.
Görüşdə çıxış edən YAP tərəfindən Korgöz bələdiyyəsinə irəli sürülmüş namizədlər - Rövşən Əbdülbağıyev, Tural Heydərov, Sevda Şahbazova və digərləri bələdiyyələrə seçiləcəkləri təqdirdə seçicilərin və partiyamızın etimadını doğrultmaq üçün səylə çalışacaqlarını vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41

