YAP Tovuz rayon təşkilatı parlament seçkilərinə hazırlıq işlərini uğurla davam etdirir
18.08.2015 [10:09]
Rayon təşkilatının Seçki Qərargahının üzvləri arasında iş bölgüsü aparılıb və geniş tədbirlər planı hazırlanıb
Noyabrın 1-də Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları partiyanın İcra Katibliyi tərəfindən tərtib olunmuş plana və partiya rəhbərliyinin tövsiyələrinə uyğun olaraq öz işlərini uğurla davam etdirirlər. YAP-ın şəhər və rayon təşkilatlarında seçki qərargahları yaradılıb və iş bölgüsü müəyyənləşdirilib. YAP-ın Tovuz rayon təşkilatının Seçki Qərargahı da artıq ilk iclasını keçirib. Qərargahın sədri Məzahir Bayramov iclasda çıxış edərək deyib ki, bütün ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın milli maraqlarını daim üstün tutub. Bu gün Ulu öndərimizin siyasi kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, partiyamız yeni inkişaf mərhələsinə qədəm qoyub: “YAP bu gün mühüm bir seçki kampaniyasına hazırlaşır. Növbəti parlament seçkilərində YAP iqtidar partiyası olaraq öz işini daha fəal və güclü qurmaqdadır. Qarşıdan gələn seçkilərdə hər birimizin üzərinə böyük və məsuliyyətli vəzifə düşür”.
Qeyd edək ki, iclasda Seçki Qərargahının üzvləri arasında vəzifə bölgüsü aparılıb, eyni zamanda, görüləcək işlər müəyyənləşdirilib. Məzahir Bayramov qəzetimizə açıqlamasında vurğulayıb ki, Seçki Qərargahının tərkibinə Tovuz rayonunda kifayət qədər nüfuzu olan, fəaliyyət göstərdikləri sahələrdə etimadı doğrultmuş rayon ziyalıları və ötən illərdə seçki sahəsində təcrübə toplamış insanlar, həmçinin, partiya fəalları daxildir: “Seçki qərargahının üzvləri arasında iş bölgüsü aparılıb və sonrakı mərhələlərdə fəaliyyətimizlə bağlı geniş tədbirlər planı hazırlanıb. Seçici siyahılarının dəqiqləşdirilməsi ilə məşğul olan şəxslər müəyyənləşdirilib, onlar arasında konkret iş bölgüsü aparılıb. Əlbəttə, ötən seçkilərin təcrübələrindən də çıxış edərək deyə bilərik ki, uğurlu seçki kampaniyasının həyata keçirilməsi üçün əsas işlərdən biri də rayon təşkilatı fəallarının işinin və koordinasiyasının uğurlu təşkilidir. YAP Tovuz rayon təşkilatı Seçki Qərargahında da bu məsələ daim diqqətdə saxlanılır. Bundan başqa, qarşıdakı dövrlərdə müxtəlif seçki mərhələlərinin tələblərinə uyğun olaraq ardıcıl tədbirlərin görülməsi də nəzərdə tutulur”.
Tovuz rayonu ərazisində 3 seçki dairəsi üzrə məntəqələrin yerləşdiyini vurğulayan M.Bayramov əlavə edib ki, 104 saylı Gədəbəy-Tovuz, 105 saylı Tovuz və 106 saylı Tovuz-Ağstafa-Qazax seçki dairələri üzrə seçkilərdə Tovuz seçiciləri həmişəki kimi, bu dəfə də fəallıq göstərəcəklər.
Seçki Qərargahının üzvləri YAP-ın bu seçkilərdə də qələbə qazanacağına əmindirlər. Qərargah üzvü Mücəməddin Axundov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti son illərdə çox böyük uğurlar əldə edib, ölkəmizin iqtisadi inkişafı dinamik və davamlı xarakter alıb, insanların rifah halı əsaslı şəkildə yüksəlib, dövlətimizin beynəlxalq mövqeləri xeyli güclənib. Əlbəttə ki, bu nailiyyətlər hər bir vətəndaşımızda haqlı qürur hissi yaradır. Ona görə də, seçicilərin qarşıdan gələn parlament seçkilərində də məhz möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasına səs verəcəyi şübhə doğurmur.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20

