/ / YAP-ın əldə etdiyi çoxsaylı nailiyyətlər Azərbaycanın müasir tarixinin mühüm səhifələrində yer alır
YAP-ın əldə etdiyi çoxsaylı nailiyyətlər Azərbaycanın müasir tarixinin mühüm səhifələrində yer alır
23.10.2015 [11:21]
Yeni Azərbaycan Partiyası tərəfindən 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin Tərtər rayonunun Borsunlu kəndində seçicilərlə görüşü keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində partiya tərəfindən 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin Tərtər rayonunun Borsunlu kəndində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov Yeni Azərbaycan Partiyasının cəmiyyət daxilindəki yüksək nüfuzundan və geniş beynəlxalq əlaqələrindən bəhs edərək qeyd edib ki, YAP bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə inkişaf yolunda irəliləyir: “Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılmasında və dövlətçiliyimizin inkişaf etdirilməsində müstəsna xidmətləri olan bir siyasi təşkilatdır. Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış və Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla fəaliyyət göstərən, Azərbaycanımızın tərəqqisi naminə fədakarlıq nümayiş etdirən YAP nəinki regionda, hətta dünyada sayılıb-seçilən siyasi təşkilatlardan birinə çevrilib. Buna görə də əminliklə deyə bilərəm ki, partiyamız növbəti parlament seçkilərində də qələbə qazanacaq”.
Daha sonra Ağalar Vəliyevin vəkilləri Rəxşəndə Abdullayeva və Nigar Əliyeva onun tərcümeyi-halı və əmək fəaliyyəti barədə geniş məlumat veriblər. Qeyd edilib ki, Ağalar Vəliyev IV çağırış Milli Məclisin İqtisadi siyasət komitəsinin, Avstriya, Belarus, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub və Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2010-cu il tarixli Sərəncamı ilə Ağalar Vəliyev “Əməkdar mühəndis” fəxri adına layiq görülüb və dövlət başçısının 10 aprel 2012-ci il tarixli Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub.
Seçicilər qarşısında çıxış edən Ağalar Vəliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan ətraflı bəhs edib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi çoxsaylı nailiyyətlər Azərbaycanın müasir siyasi tarixinin mühüm səhifələrində yer alır. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının qazandığı uğurlar partiyanın yüksək nüfuzu və səmərəli fəaliyyətini göstərir.
A.Vəliyev Azərbaycanın dinamik inkişafından, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, ölkədə həyata keçirilən sosial layihələrdən və digər məsələlərdən bəhs edərək seçiciləri noyabrın 1-də keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Seçicilər çıxış edərək seçimlərini YAP-ın namizədinin lehinə edəcəklərini - Ağalar Vəliyevə səs verəcəklərini bildiriblər.
NURLAN
Xəbər lenti
Hamısına baxMədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45

