Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası xalqın dəstəyi ilə möhtəşəm qələbə qazanacaq

Yeni Azərbaycan Partiyası xalqın dəstəyi ilə möhtəşəm qələbə qazanacaq

29.10.2015 [09:58]

YAP Abşeron rayon təşkilatında məntəqələrə təhkim olunmuş partiya fəalları ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev fəallarla işin təşkili və koordinasiyası məqsədi ilə ərazidəki məntəqələrə təhkim olunmuş partiya fəalları ilə görüşüb.
Görüşdə çıxış edən Bilman Vəliyev Abşeron rayonunda da 1 noyabrda keçiriləcək Milli Məclisə seçkilərin mühüm mərhələsi olan təbliğat-təşviqat kampaniyasının yüksək səviyyədə və uğurla davam etdirildiyini bildirib. Natiq Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafındakı tarixi xidmətlərindən bəhs edərək, seçicilərin bu partiyaya böyük inam və dəstəyinin olduğunu diqqətə çatdırıb.
Sonra B.Vəliyev ölkəmizdə böyük uğurlarla müşayiət olunan inkişaf siyasətinin həyata keçirilməsində YAP-ın töhfələri, qarşıdan gələn parlament seçkilərinin ölkəmizin demokratik inkişafı yolunda əhəmiyyəti barədə ətraflı məlumat verib. O, YAP-ın Azərbaycanın siyasi arenasının əsas güc mərkəzi və xalqımızın alternativsiz seçimi olduğunu vurğulayaraq əmin olduğunu ifadə edib ki, qarşıdan gələn parlament seçkilərində də seçicilər məhz partiyamızın namizədlərinə səs verəcəklər. Diqqətə çatdırılıb ki, YAP hər zaman olduğu kimi, bu seçkilərdə də xalqın dəstəyi ilə möhtəşəm qələbə qazanacaq.

Paylaş:
Baxılıb: 1047 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30