YAP regionun ən güclü siyasi təşkilatıdır
20.11.2015 [10:09]
Bahar Muradova: Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin daha da güclənməsində, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsində YAP-ın özünəməxsus rolu var
Məlahət İbrahimqızı: Yeni Azərbaycan Partiyası milli siyasi iradəni təmsil edən, xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvədir
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən Azərbaycan Dillər Universitetində YAP-ın yaradılmasının 23-cü ildönümünə həsr olunan tədbir keçirilib. “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” adlı tədbirdə Milli Məclisin vitse-spikeri, partiyanın İdarə Heyətinin üzvü Bahar Muradova, YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı, Nəsimi rayon İcra Hakimiyyətinin (İH) başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov, millət vəkili Sahibə Qafarova, eləcə də ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edən ziyalılar, rayon ərazisində yerləşən ali təhsil müəssisələrinin professor-müəllim heyəti, fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, ölkə ictimaiyyəti bu günlərdə çox əlamətdar, tarixi günlər yaşayır. Müasir, müstəqil Azərbaycan dövlətinin tarixində mühüm yeri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümüdür.
“Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan dövləti ilə paralel addımlayıb, partiyamızın yaşı, demək olar ki, müstəqil dövlətimizin yaşı qədərdir. Bu gün Azərbaycanda bütün sahələr üzrə, - istər daxili siyasətdə, istərsə də beynəlxalq siyasətdə, - əldə olunan nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının böyük rolu var. Bu nailiyyətlərin qazanılmasında hər bir partiya üzvümüzün, - sıravi partiya üzvündən tutmuş, rəhbərlikdə təmsil olunan partiya funksionerinədək, - böyük əməyi var. Bütün bu xidmətlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq və gələcək nəsillərə çatdırılacaq”, - deyən rayon təşkilatının sədri hər bir partiya üzvünün Azərbaycanın qazandığı bu uğurlarla qürur duyduğunu vurğulayıb.
Qeyd olunub ki, bu gün Yeni Azərbaycan Partiyası milli siyasi iradəni təmsil edən, xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Yeni Azərbaycan Partiyası təkcə ölkəmizin deyil, həm də regionun ən mütəşəkkil və güclü siyasi təşkilatıdır.
Partiyanın yaranma tarixindən söhbət açan Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində yaranan Yeni Azərbaycan Partiyası bu gün Cənubi Qafqazın lider partiyasına çevrilib. Ümumxalq partiyası kimi Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümü hər il qeyd olunur. Bu il partiyamızın əlamətdar tarixi günü - 23 illiyi Nəsimi rayon təşkilatı tərəfindən silsilə tədbirlərlə qeyd ediləcək.
Qeyd edilib ki, Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib.
Diqqətə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil, demokratik Azərbaycan Onun müəyyən etdiyi strateji xətlə inamla irəliləyir, inkişafını davam etdirir. Ulu öndərin bu siyasi xəttini əzmlə irəli aparan isə Onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevdir.
Yeni Azərbaycan Partiyasının xalqımızın taleyüklü problemlərinin həllində müstəsna xidmətlərindən danışan YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova partiyanın gələcəyə doğru inamla addımladığını deyib. O bildirib ki, “Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin daha da güclənməsində, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsində YAP-ın özünəməxsus rolu var. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial rifahının yaxşılaşmasına gətirib çıxarıb”.
Bahar Muradova Yeni Azərbaycan Partiyasının xalqı öz ətrafına toplayaraq ümumxalq partiyasına çevrildiyini, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini vurğulayıb.
YAP Siyasi Şurasının üzvü, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu bu siyasi təşkilatın çətin və şərəfli yol keçdiyini deyib. Ulu öndərin rəhbərlik etdiyi partiyanın fəaliyyətə başlamasını tarixi hadisə adlandıran A.Əsgərov bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın böyük uğurlara imza atdığını qeyd edib.
Vurğulanıb ki, YAP-ın amalı xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etməkdən ibarətdir. Ötən 23 il ərzində partiya bu yolda uğurlu fəaliyyət göstərib. Bu gün YAP ölkəmizin ən güclü və qüdrətli siyasi təşkilatıdır. Azərbaycanın siyasi tarixində YAP qədər güclü, əzəmətli siyasi təşkilat olmayıb. Bunun da ciddi əsasları var. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiya xalqımız tərəfindən daim dəstəklənir. YAP uğurlar və qələbələr partiyası kimi yaranıb. Bu uğurlar və qələbələr davamlı olacaq.
Tədbirin davamında YAP İdarə Heyətinin üzvü Bahar Muradova, partiyanın rayon təşkilatının sədri Məlahət İbrahimqızı və YAP Siyasi Şurasının üzvü, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Nəsimi rayon təşkilatının həyata keçirdiyi layihələrdə fəal iştirak etmiş ərazi ilk partiya təşkilatlarının rəhbərlərinə mükafatlar, eləcə də Yeni Azərbaycan Partiyasına üzv olan tələbə və gənclərə partiya üzvlük vəsiqələrini təqdim ediblər.
Sonra tədbir bədii özfəaliyyət kollektivinin ifasında konsert proqramı ilə davam etdirilib.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

