YAP İdarə Heyətinin iclası keçirilib
29.01.2016 [09:52]
Yanvar ayının 28-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar görüləcək tədbirlər və İdarə Heyətinin 2016-cı ilin birinci yarımilliyinə dair iş planı müzakirə edilib, YAP İdarə Heyətinin 2015-ci ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Qadınlar Şurası və Gənclər Birliyinin tərkibi haqqında 2015-ci ilə dair illik statistik hesabat, partiyanın 2015-ci il üzrə maliyyə hesabatı qəbul edilib. Bildirilib ki, 2015-ci ildə Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf uğurla davam etdirilib. Ötən ilin başlıca siyasi hadisəsi parlament seçkiləri olub. Parlament seçkilərində yaxından iştirak edən Yeni Azərbaycan Partiyasının namizədləri özünün növbəti möhtəşəm qələbəsini təmin edib. Bütövlükdə, parlamentə seçilən deputatların 71 nəfəri Yeni Azərbaycan Partiyasının üzvləridir. Qeyd olunub ki, seçki təşviqat kampaniyasında partiyanın Sədri, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlər əsas yer tutub.
2015-ci ildə Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli mühüm tədbirlər həyata keçirməklə ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib.
YAP beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirib. Xüsusilə müxtəlif ölkələrin aparıcı partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında işgüzar və səmimi münasibətlər daha da genişləndirilib, bir sıra mühüm görüşlər keçirilib.
Qeyd olunub ki, 2015-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarına 23 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiyanın üzvlərinin sayı 667 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.
İdarə Heyətinin iclasında həmçinin, YAP-ın ötən ilə dair maliyyə hesabatı dinlənilib. Qeyd olunub ki, 2015-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 7 442 113 manat olub. Bunun 6 293 512 manatını üzvlük haqları, 1 148 601 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.
Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 3 767 616 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 573 169 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, 187 788 manatı parlament seçkiləri ilə əlaqədar partiya hesabından seçki fonduna köçürmələrə, 161 264 manatı ezamiyyə xərclərinə, 259 126 manatı invertarların alınmasına, 319 902 manatı təmir işlərinə, 393 770 manatı kommunal və təsərrüfat xərclərinə, 182 737 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 62 778 manatı bank xidmətinə, 235 343 manatı özəlləşmə və icarə haqlarına, 242 443 manatı isə sair xərclərə sərf edilib.
Beləliklə, Yeni Azərbaycan Partiyasının cəmi xərcləri 6 385 936 manat təşkil edib. Hesabat ilinin sonuna toplanan vəsaitin 1 056 177 manatı partiyanın və yerli təşkilatlarının hesabında qalıb. 2016-cı ilin yanvar ayının 1-nə partiyanın depozit hesabında ehtiyat vəsaiti 6 000 000 manat olub.
YAP İdarə Heyətinin 2015-ci ilə dair hesabatı, illik statistik hesabat, partiyanın maliyyə hesabatı və İdarə Heyətinin 2016-cı ilin birinci yarımilliyinə dair iş planı geniş müzakirə olunduqdan sonra qəbul olunub.
İdarə Heyətinin iclasının gündəliyində duran digər məsələ təşkilati işlərlə bağlı olub. YAP İdarə Heyətinin qərarı ilə YAP İcra Katibliyinin ştat cədvəlində müəyyən dəyişikliklər edilib.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58

