Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Hacıqabul rayon təşkilatı növbəti ağacəkmə kampaniyası keçirib

YAP Hacıqabul rayon təşkilatı növbəti ağacəkmə kampaniyası keçirib

08.05.2018 [11:40]

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatı və Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin birgə təşkilatçılığı ilə növbəti ağacəkmə kampaniyası keçirilib. YAP Hacıqabul rayon təşkilatının fəallarının, gənclərin, ictimaiyyət nümayəndələrinin, rayon sakinlərinin yüksək fəallıq göstərdiyi aksiya genişmiqyaslılığı ilə seçilib. Aksiya çərçivəsində 2000 ədəd ağac və ting əkilib. Qeyd etmək lazımdır ki, “700 min ağac əkək” kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı tərəfindən ümumilikdə 7500 ədəd ağac əkilməsi nəzərdə tutulur. Artıq ötən ilin dekabrından bu günə kimi ümumilikdə 5000 ağac əkilib. Növbəti mərhələdə isə daha 2500 ağacın əkilməsi planlaşdırılır.
Qeyd edilməlidir ki, ənənə halını almış ağacəkmə kampaniyasında məqsəd rayon ərazisində yaşıllıq zolağını genişləndirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir. Eyni zamanda, YAP üzvlərinin fəal təşkilatçılığı ilə aparılan bu kampaniya rayonda ekoloji tarazlığın pozulmaması istiqamətində atılan addımlara mühüm dəstək sayıla bilər.

Paylaş:
Baxılıb: 1041 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30