/ / YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Salyanda “Qurtuluşdan Tərəqqiyə - 25 il” mövzusunda regional tədbir keçirilib
YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Salyanda “Qurtuluşdan Tərəqqiyə - 25 il” mövzusunda regional tədbir keçirilib
12.06.2018 [08:52]
İyunun 11-də Salyan şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə “Qurtuluşdan Tərəqqiyə - 25 il” mövzusunda regional tədbir keçirilib. Tədbirdə YAP-ın Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Füzuli, Cəbrayıl rayon və Şirvan şəhər təşkilatlarının Gənclər birliklərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov, YAP İcra Katibliyinin məsul əməkdaşı Ramil Mirzəyev iştirak ediblər. Əvvəlcə iştirakçılar Salyan şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov tədbiri açaraq qeyd edib ki, 2018-ci ilin ötən dövrü ərzində respublikamızın, eləcə də partiyamızın həyatında yaddaqalan tarixi hadisələr baş verib. O, çıxışında 15 İyun - Milli Qurtuluş Gününün əhəmiyyətini vurğulayıb.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov tədbirdə çıxış edərək gəncləri 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib. 1993-cü ilin iyun ayında Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını deyən S.Orucov məhz Ulu öndər Heydər Əliyevin qayıdışı ilə xalqımızın bu təhlükədən xilas olduğunu diqqətə çatdırıb. Ona görə də haqlı olaraq 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi yazılıb. YAP Gənclər Birliyinin sədri ötən 25 il ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini deyib, hazırda gənclərimizin yüksək dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən digər natiqlər də 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini qeyd ediblər. Qeyd olunub ki, müasir Azərbaycanın sürətli inkişafının əsasında məhz qurtuluş məfkurəsi dayanır. Çıxışlarda Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib. Vurğulanıb ki, Azərbaycan gəncliyi müstəqil dövlətimizin inkişafı naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşib və bu birlik sarsılmazdır.
Xəbər lenti
Hamısına baxSiyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00

