“Xocalı soyqırımını unutmadıq”
26.02.2019 [08:55]
Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bu mövzuda tədbir keçirilib
Əli Əhmədov: Xocalı soyqırımı XX əsrdə dünyanın ən dəhşətli qətliamlarından biridir, bütün insanlığa qarşı cinayətdir
Fevralın 25-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımını unutmadıq” adlı tədbir keçirilib. Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, 27 il əvvəl Azərbaycan tarixində ən dəhşətli faciələrdən biri baş verib: “Bir gecədə erməni-daşnak silahlı qüvvələri, onlara havadarlıq edənlər tərəfindən Xocalı şəhəri tamamilə məhv edilib, yer üzündən silinib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq bir valideynini itirib. Qətlə yetirilən insanlar dinc, köməksiz insanlar olublar. Bu mənada bu qətliam təkcə Azərbaycan xalqının başına gətirilən faciə deyil, Xocalı soyqırımı XX əsrdə dünyanın ən dəhşətli qətliamlarından biridir, bütün insanlığa qarşı cinayətdir. Hər il xalqımız bu faciəni, onun qurbanlarının xatirəsini anır”.
Əli Əhmədovun sözlərinə görə, qarşımızda duran vəzifələrdən biri ondan ibarətdir ki, Xocalı faciəsi Azərbaycan xalqının tarixi yaddaşına çevrilsin: “Azərbaycan xalqı heç zaman qisasçı olmayıb, amma bizim istəyimiz odur ki, bu qətliamı törədənlər layiqli cəzalarını alsınlar, qanun qarşısında cavab versinlər. Eyni zamanda, məqsədimiz Xocalı faciəsini dünyaya tanıtmaqdır. Bu istiqamətdə dövlət tərəfindən, ictimai təşkilatlar tərəfindən işlər görülür, bəzi ölkələr artıq Xocalı soyqırımını tanıyıblar. Güman edirəm ki, bu faciəni soyqırımı kimi tanıyanların sayı artacaq. Ona nail olmalıyıq ki, bütün dünya bu soyqırımına siyasi qiymət versin. Biz xalq, millət olaraq buna nail olacağıq. Bunun üçün hər bir vətəndaşın, o cümlədən gənclərin üzərinə vəzifələr düşür. Biz bir millət kimi səfərbər olaraq bu istiqamətdə səylərimizi daha da gücləndirməliyik”.
YAP Sədrinin müavini qeyd edib ki, Xocalı faciəsindən ibrət dərsi də götürmək lazımdır. Onun fikrincə, bu faciənin baş verməsinin digər bir səbəbi o zaman dövlətin gücünün zəif olması idi: “İnsanların təhlükəsizliyinin təmini üçün dövlətin gücü olmalıdır. Dövlət zəif olanda torpaqlarını qoruya bilmir. Dövlətin gücü olmayanda kimlərsə onun torpağını işğal edirlər. 1990-cı illərdə bu hadisələrin baş verməsinin səbəblərindən biri də dövlətin öz torpaqlarını qorumaq üçün lazımi gücə malik olmaması idi. Erməni tərəfinin məqsədi o idi ki, öz havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal etsin. O dövrdə dövlətimizin gücünün olmaması onları öz məqsədlərinə çatdırırdı. Bilirsiniz ki, 1990-cı illərin əvvəlində respublikamızda daxili çəkişmələr nəticəsində dövlət çox zəifləmişdi. Ona görə də dövlətin strukturları öz üzərinə düşən vəzifələri yerinə yetirə bilmir, müxalifət isə hakimiyyətə gəlmək üçün hər cür vasitəyə əl atırdı. Bunun nəticəsində də sərhədlərimiz, torpaqlarımız lazımi səviyyədə qoruna bilmirdi. Ona görə də bu gün həmin hadisələrdən dərs almalıyıq. Kimlərinsə ölkəmizdə sabitliyi pozmasına imkan verməməliyik. Hər bir vətəndaş Azərbaycan dövlətinin güclü olmasına çalışmalıdır. Müxalifət adı altında müxtəlif təxribatlar törətmək, insanları doğru olmayan yola yönəltmək istəyənlər əslində dövlətimizin gücünün zəifləməsinə çalışırlar. Bu da dövlətə, xalqa xəyanət deməkdir”.
Azərbaycanın güclü dövlətə çevrildiyini deyən Əli Əhmədov qeyd edib ki, bu gün ölkəmizin güclü ordusu var. Onun sözlərinə görə, Azərbaycan dünyanın ən sabit, insanların təhlükəsiz yaşadığı ölkələrdən biridir: “Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan ötən dövr ərzində böyük nailiyyətlər əldə edib, ölkəmiz müasirləşib, yeniləşib, beynəlxalq müstəvidə mövqeyini gücləndirib. Bütün bunları qorumaq hər bir vətəndaşın vəzifəsizdir. Biz məhz güclü olsaq, qarşımıza qoyduğumuz hədəflərə nail ola bilərik”.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov bildirib ki, Xocalı soyqırımı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. O qeyd edib ki, bu gün Azərbaycan dövləti Ermənistanın cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görür. Xocalı faciəsinin baş verdiyi dövrdə “Həyat” və “Azərbaycan” qəzetlərinin xüsusi müxbiri kimi Ağdamda fəaliyyət göstərdiyini deyən B.Sadıqov həmin hadisələrin canlı şahidi kimi öz xatirələrini bölüşüb. Millət vəkili deyib ki, əgər Ümummilli Liderimiz Heydər Əliyev o zaman hakimiyyətdə olsaydı, belə qanlı hadisələr heç zaman baş verməzdi. “Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən istefasından sonra ermənilər Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdilər. Onlar Moskvadan dəstək alırdılar. O zamanlar xalqımızın vətənpərvər oğullarından ibarət könüllü özünümüdafiə dəstələri torpaqlarımızı qoruyurdu. Amma vahid komandanlığın olmaması, Ayaz Mütəllibov hakimiyyətinin dəstək verməməsi, xəyanət və müxalifətin hakimiyyət iddiaları belə faciələrin qarşısının alınmaması ilə nəticələndi”, - deyə millət vəkili vurğulayıb.
Hazırda Azərbaycanın dövlət rəhbərliyi, Heydər Əliyev Fondu və xarici ölkələrdəki Azərbaycan diasporu tərəfindən Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə tanıdılması və ermənilərin ifşası üçün sistemli və ardıcıl işlər görüldüyünü deyən B.Sadıqov əmin olduğunu bildirib ki, ermənilərin törətdikləri bu soyqırımı tarix qarşısında cavabsız qalmayacaq və faciənin günahkarları cəzalarını alacaqlar: “Bunun üçün hər bir Azərbaycan vətəndaşı, o cümlədən gənclər də çalışmalı, imkanlarını səfərbər etməlidirlər”.
Daha sonra tədbirdə şəhid övladı Almaz Həsənova çıxış edərək atasının o dövrdə Xocalının İcra Hakimiyyətində çalışdığını bildirib: “Faciə baş verən zamanlarda mən Tibb Univeristetinin 3-cü kursunda oxuyurdum. Fevralın 26-da Ağdama getdim, orada öz doğmalarımı axtardım. Qohumlarımın bir çoxu həlak olmuşdular. Mənim atam da 46 yaşında şəhid oldu. Biz qisasçı xalq olmasaq da, ermənilərin bu cinayətini bağışlamamalıyıq”.
ADA Universitetinin tələbəsi Murad İsmayılzadə çıxışında yetişən gənc nəslin vətənpərvərlik ruhunda böyüdünü diqqətə çatdırıb. O bildirib ki, 2016-cı ilin Aprel döyüşləri ordumuzun gücünü işğalçı tərəfə göstərdi: “Bu, o deməkdir ki, Azərbaycan Ordusu, gəncliyimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı hər an işğaldan azad etməyə hazırdır”.
Azərbaycan Dillər Universitetinin tələbəsi Mərhəmət Həsənli çıxışında valideynlərinin Xocalıda dünyaya gəldiyini bildirib. O, torpaqlarımızın tezliklə azad olunacağını və Xocalıya qayıdacaqlarına inandığını qeyd edib: “Mən 1998-ci ildə dünyaya gəlmişəm, Xocalını görməmişəm. Amma valideynlərim Xocalıda dünyaya gəliblər. Mənim dayım Milli Qəhrəmandır. Xocalı hadisələri zamanı 300-dən çox insanın mühasirədən çıxarılmasında iştirak edib. Mən tələbəyəm, amma Ali Baş Komandanın əmri ilə silaha sarılıb torpaqlarımızın işğaldan azad olunmasında iştirak etməyə hazıram. Bütün Azərbaycan gəncliyi bu ruhdadır”.
Tədbirə yekun vuran Baş nazirin müavini, YAP Sədrinin müavini Əli Əhmədov bildirib ki, Azərbaycan gücləndikcə öz hədəfinə daha da yaxınlaşır: “Xocalı soyqırımı baş verən dövrdə Azərbaycan əhalisinin sayı təxminən 7 milyon idi. Bu gün isə 10 milyon nəfərə çatıb. İşğalçı Ermənistanda isə əhalinin sayı 3,5 milyondan 2,5 milyon nəfərə düşüb. Bu fakt işğalçı dövlətin nə qədər zəif olduğunu göstərir”.
YAP Sədrinin müavini qeyd edib ki, güclü Azərbaycan qarşıya qoyduğu bütün məqsədlərə nail olacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

