Azərbaycanı yeniliyə, inkişafa, liderliyə aparan partiya
13.11.2009 [09:54]
Hər bir siyasi təşkilat yarandığı gündən yalnız dövlətin və millətin inkişafına xidmət etməli, öz konsepsiyasını bu istiqamətə kökləməlidir. Bu fikri hər bir mənada Yeni Azərbaycan Partiyasına şamil etmək olar. çünki yarandığı vaxtdan keçən dövr ərzində Yeni Azərbaycan Partiyası daima Azərbaycanın inkişafına xidmət edib, xalqın mənafeyi uğrunda mübarizə aparıb.
ümumiyyətlə, Azərbaycanda çoxpartiyalı sistemin yaranması elə də uzaq tarixə təsadüf etmir. ötən əsrin son 10 ilində baş verənlər siyasi sistemdəki köklü dəyişikliklərlə yanaşı, çoxpartiyalı sistemin yaranması zərurətini də ortaya çıxardı. Əslində, həmin vaxt cərəyan edənlər hər bir Azərbaycan vətəndaşının yaddaşındadır. Siyasi böhranın məngəsində sıxılan Azərbaycan xalqı, siyasi oyunların qurbanına çevrilən dövlətimiz uçurumun bir addımında dayanmışdı. Xaosun, hakimiyyətsizliyin, özbaşınalığın hökm sürdüyü həmin dövrdə xalqın yalnız bir ümidi, bir nicatı var idi. Bu, Azərbaycanın müstəqilliyinin pənahı, himayədarı və təminatçısı, böyük Şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyev idi. Məhz O böyük Şəxsiyyət Azərbaycanı düşdüyü çətin vəziyyətdən xilas edə bilərdi. Və həmin ağır günlərdə yarandı Yeni Azərbaycan Partiyası. Bu, elə bir dövr idi ki, siyasi səhnədə səriştəsi olmayanlar, hələ indiyə qədər 5 nəfərə rəhbərlik edə bilməyənlər hakimiyyət kreslolarını zəbt edərək özlərini xalqa idarəçi kimi sırıyırdılar.
Bu cür səriştəsizlərin Bakıda ölkənin taleyini sual altında qoyduqları vaxt Ulu öndər Heydər Əliyev Naxçıvanda Muxtar Respublikanın yaşaması, onun varlığı uğrunda mübarizə aparırdı. Tam şəkildə blokadada olan Naxçıvanı böyük güclərin oyunundan xilas edən ümummilli liderimiz Heydər Əliyev bəlkə də tarixdə heç kimin edə bilməyəcəyi işi gördü...
1992-ci ilin soyuq noyabr günlərində ilk təsis konfransını keçirən Yeni Azərbaycan Partiyası yarandığı gündən, o zamankı hakimiyyətin təzyiqi ilə qarşılaşdı. AXC-Müsavat hakimiyyəti hər addımda Yeni Azərbaycan Partiyasının fəallarını, üzvlərini təqib edir, onların hüquqlarını kobudcasına pozurdu. Yeni Azərbaycan Partiyasının sıralarında birləşən ölkə ziyalıları isə mətnliklə bütün çətinliklərə sinə gərirdi. çünki bu partiyanın lideri Ulu öndər Heydər Əliyev idi. ümummilli lider Heydər Əliyev qısa zaman ərzində Yeni Azərbaycan Partiyasının AZƏRBAYCANçILIQ, MİLLİ BİRLİK ideologiyası istiqamətində inkişafını təmin etdi. Məhz Ulu öndərin əsasını qoyduğu bu birlik, vətənin, dövlətin, millətin mənafeyini hər şeydən üstün tutmaq siyasəti sayəsində YAP Azərbaycanın hakim partiyasına çevrildi...
Yeni Azərbaycan Partiyası 17 ildir ki, ümummilli liderimiz Heydər Əliyev ideologiyasının gənc nəslə çatdırılmasında, müstəqil Azərbaycanın inkişafında öz töhfəsini verir. Güclü siyasi təşkilata çevrilən Yeni Azərbaycan Partiyası bu gün də cəmiyyətin aparıcı qüvvəsidir. Ətrafında 500 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan bu günə kimi 4 Prezident, 3 parlament seçkisində qələbə qazanıb.
17 il siyasi tarix üçün qısa bir an sayılsa da, Yeni Azərbaycan Partiyasının bu dövr ərzində etdikləri bəlkə də, yüz ilə bərabərdir. Ulu öndərin Yeni Azərbaycan Partiyasında nail olduğu siyasi birlik modeli Azərbaycan xalqı üçün də bir nümunəyə çevrildi. Məhz Yeni Azərbaycan Partiyası milli birliyin yaranmasında böyük rola malik oldu. Bir sözlə, Yeni Azərbaycan Partiyası hər zaman dövlət maraqlarından çıxış edir. Yeni Azərbaycan Partiyası üçün ən əsas Azərbaycan dövləti və millətidir, cənab Ali Baş Komandanın əmrləridir. Yeni Azərbaycan Partiyası yeniləşən Azərbaycanın simasıdır...
Məhz buna görə də, Yeni Azərbaycan Partiyasının yaranmasının 17 illiyi bütün ölkəmizdə bayram kimi qeyd olunur. ümumxalq partiyası adını qazanan YAP-ın yaranma ildönümü hər il Hacıqabul rayonunda da qeyd edilir. Rayonumuzda partiya təşkilatı təsis olunarkən-1995-ci ildə cəmi 326 üzvü olub, özündə 26 ilk təşkilatı birləşdirib. Bu gün isə Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı öz sıralarında 101 ilk təşkilatda 4000-ə yaxın üzvü birləşdirir. Rayon təşkilatımızın üzvləri bütün seçkilərdə bir nəfər kimi fəal iştirak edir. 2008-ci il prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin təbliğat kampaniyası yüksək səviyyədə aparıldı. Aparılan uğurlu iş nəticəsində YAP Hacıqabul rayon təşkilatı təbliğat kampaniyasında öncül sırada yer tutdu. Bu gün rayon təşkilatının sıraları durmadan genişlənir. Bu inam Yeni Azərbaycan Partiyasına, ümummilli liderimiz Heydər Əliyev siyasi kursuna, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev cənablarına olan sevgidən qaynaqlanır. İnsanların partiyamızın sıralarına qoşulması xalqımızın Heydər Əliyev siyasi kursuna etimadının təcəssümüdür. Biz hər zaman inanmışıq, bu gün də inanırıq ki, Prezidentimiz möhtərəm İlham Əliyev cənablarının başçılığı altında Azərbaycan günü-gündən gözəlləşəcək, daha da qüdrətlənəcək.
Hafiz BƏŞİROV,
YAP Hacıqabul rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 Dekabr 12:34
Gündəm
04 Dekabr 12:22
Dünya
04 Dekabr 12:10
Gündəm
04 Dekabr 11:56
Gündəm
04 Dekabr 11:45
Siyasət
04 Dekabr 11:30
İqtisadiyyat
04 Dekabr 11:28
İqtisadiyyat
04 Dekabr 11:27
Hadisə
04 Dekabr 11:27
Siyasət
04 Dekabr 11:13
Siyasət
04 Dekabr 10:59
Siyasət
04 Dekabr 10:38
Siyasət
04 Dekabr 10:37
İqtisadiyyat
04 Dekabr 10:36
Siyasət
04 Dekabr 10:28
İqtisadiyyat
04 Dekabr 10:17
MEDİA
04 Dekabr 09:55
Hadisə
04 Dekabr 09:50
Analitik
04 Dekabr 09:38
Siyasət
04 Dekabr 09:15
Analitik
04 Dekabr 08:51
Analitik
04 Dekabr 08:36
Sosial
04 Dekabr 08:13
Dünya
04 Dekabr 08:05
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:03
İqtisadiyyat
03 Dekabr 23:14
Dünya
03 Dekabr 22:48
Dünya
03 Dekabr 22:16
Dünya
03 Dekabr 21:54
Dünya
03 Dekabr 21:22
Dünya
03 Dekabr 20:51
İqtisadiyyat
03 Dekabr 20:19
İdman
03 Dekabr 19:45
Sosial
03 Dekabr 19:17
İdman
03 Dekabr 19:07
YAP xəbərləri
03 Dekabr 18:33
Xəbər lenti
03 Dekabr 17:36
Hərbi
03 Dekabr 17:36
YAP xəbərləri
03 Dekabr 17:22
Sosial
03 Dekabr 16:19
YAP xəbərləri
03 Dekabr 15:20
Hadisə
03 Dekabr 15:08
Sosial
03 Dekabr 15:06
Sosial
03 Dekabr 14:02
Xəbər lenti
03 Dekabr 13:38
İqtisadiyyat
03 Dekabr 12:40
Dünya
03 Dekabr 12:29
İdman
03 Dekabr 12:25
Sosial
03 Dekabr 12:23
Gündəm
03 Dekabr 11:59
Siyasət
03 Dekabr 11:45
Siyasət
03 Dekabr 11:40
İqtisadiyyat
03 Dekabr 11:39
Siyasət
03 Dekabr 11:29
Sosial
03 Dekabr 11:16
İqtisadiyyat
03 Dekabr 11:15
İqtisadiyyat
03 Dekabr 11:14
İqtisadiyyat
03 Dekabr 10:57
İqtisadiyyat
03 Dekabr 10:55
İqtisadiyyat
03 Dekabr 10:52
İqtisadiyyat
03 Dekabr 10:35
MEDİA
03 Dekabr 10:18
Analitik
03 Dekabr 09:57
Analitik
03 Dekabr 09:31
Analitik
03 Dekabr 09:16
Analitik
03 Dekabr 08:59
Sosial
03 Dekabr 08:36
Sosial
03 Dekabr 08:12

