YAP Qaradağ rayon təşkilatında “Aprel döyüşləri şanlı tariximizdir” mövzusunda tədbir keçirilib
04.04.2019 [09:43]
Aprelin 2-də Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında Aprel döyüşlərində qazandığımız qələbənin üçüncü ildönümü münasibətilə “Aprel döyüşləri şanlı tariximizdir” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov, Aprel döyüşlərinin iştirakçıları və rayon gəncləri iştirak ediblər. Öncə tədbir iştirakçıları ölkəmizin bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, o cümlədən Aprel döyüşlərində şəhid olmuş igid oğullarımızın ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Aprel döyüşlərində şanlı ordumuz Ermənistana və onların havadarlarına öz gücünü göstərərək bir daha sübut etdi ki, vaxt uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil. Azərbaycan dövləti, xalqı konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişənin istənilən vaxt beynəlxalq hüquq çərçivəsində öz gücü hesabına həllinə qadirdir.
A.Hüseynov əlavə edib ki, Aprel döyüşləri Azərbaycan əsgərinin vətənpərvərliyini bir daha sübuta yetirdi və Azərbaycan dövlətinin Qarabağ məsələsində prinsipial mövqeyini nümayiş etdirdi. Prezident İlham Əliyevin siyasi iradə və qətiyyətini, habelə xalqımızın böyük dəstəyini hiss edən Silahlı Qüvvələrimiz bu döyüşlərdə yüksək taktiki və strateji hazırlıq səviyyəsini və işğal altında olan torpaqlarımızı azad etmək əzmini nümayiş etdirərək daha bir sınaqdan üzüağ çıxdılar.
Aprel döyüşlərinin iştirakçılarından - Həsrət Almasov, Elmir Abbasov keçdikləri şərəfli döyüş yollarından danışıb və Aprel döyüşlərinin Azərbaycan xalqının qələbəsi olduğunu bildiriblər. Daha sonra Aprel döyüşlərinin iştirakçısı olmuş əsgər Fərid Əsgərov Aprel döyüşləri zamanı əsgər yoldaşlarının şücaət və qəhrəmanlıqlarından bəhs edib.
Sonda YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Ramiz Yusubov və Gənclər Birliyinin üzvü Seyidməmməd Məmmədzadə Aprel döyüşləri haqqında geniş məlumat veriblər.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

