Müşviqabad qəsəbəsinin seçiciləri YAP-ın namizədlərinə səs verəcək
02.12.2009 [10:02]
Dünən dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar olaraq keçirilən təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Müşviqabad qəsəbəsində tədbir keçirib. Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədr müavini Rəşad Qubadov bələdiyyə seçkilərilə bağlı ümumi məlumat verib: “Dekabrın 23-də Azərbaycanda növbəti dəfə bələdiyyə seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası budəfəki bələdiyyə seçkilərində də çoxminli sosial dayaqlarına söykənərək, 15000-dən artıq insanın namizədliyini irəli sürüb. Mən əminəm ki, hər zaman dövlətçiliklə bağlı olan, həqiqəti görməyi bacaran seçicilərimiz, bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək, onlara bələdiyyələrdə təmsilçilik hüququ tanıyacaq”.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bələdiyyə strukturlarının fəaliyyətindən və onların təkmilləşdirilməsi istiqamətində aparılan işlərdən söz açıb: “Son on ildə bələdiyyələrlə bağlı bir çox qanun və qərarlar qəbul edilib. Hətta bələdiyyələrin fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə bu il keçirilmiş referendumda Konstitusiyada edilmiş dəyişikliklər sırasına bələdiyyələrlə bağlı maddələr də salındı. Bələdiyyələrlə bağlı aparılan islahatların bu strukturların inkişafında mühüm rol oynayacağını əminliklə söyləmək olar. Bələdiyyələrin birləşdirilməsi isə yerli özünüidarəetmə strukturlarının daha çevik və səmərəli fəaliyyət göstərməsinə imkan yaradacaq”.
Aydın Hüseynov bildirib ki, YAP hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb: “Xalqa xidmət naminə” şüarı ilə bələdiyyə seçkilərində iştirak edən YAP, seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs hər zaman vətəndaşların rifahının yaxşılaşmasına xidmət edib və bu gün də bu proses davam edir. Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də məhz bu siyasətin daha yüksək səviyyəli uğurlarla nəticələnməsinə çalışacaq. Mən inanıram ki, seçicilər hər zaman olduğu kimi bu dəfə də real işə qiymət verəcəklər”.
Sonra tədbirdə çıxış edən namizədlər qəsəbədə görülən işlərlə bağlı ətraflı məlumat veriblər.
Seçicilər isə öz növbəsində budəfəki bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Siyasət
10 Avqust 11:42
Dünya
10 Avqust 11:30
Gündəm
10 Avqust 11:10

