/ / Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib
Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib
14.05.2019 [09:39]
Əli Əhmədov: Bu aksiyanı keçirməklə bir tərəfdən Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsini yad edirik, digər tərəfdən yaşıllıq zolağını salmaqla Bakının ekologiyasının yaxşılaşdırılmasına öz töhfəmizi veririk
Yeni Azərbaycan Partiyası (YAP) mayın 11-də Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Suraxanı rayonu ərazisində ağacəkmə aksiyası keçirib.
Aksiyada YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın yerli təşkilatlarının fəalları iştirak ediblər.
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan xalqı Ümummilli Liderimiz Heydər Əliyevin doğum gününü böyük təntənə ilə qeyd edir. Onun sözlərinə görə, YAP da bu əlamətdar hadisəni müxtəlif tədbirlərlə qeyd edir və bu ənənə halını alıb: “Ağacəkmə aksiyası da bu tədbirlərdən biridir. Ənənəvi olaraq biz hər il belə aksiya keçiririk. İndi də Suraxanı rayonunun bu ərazisində yaşıllıq salınmasında iştirak edirik. Bu aksiyanı keçirməklə bir tərəfdən Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsini yad edirik, digər tərəfdən yaşıllıq zolağını salmaqla Bakının ekologiyasının yaxşılaşdırılmasına öz töhfəmizi veririk”.
Əli Əhmədov qeyd edib ki, mahiyyət etibarilə YAP böyük bir gücü özündə ehtiva edir. Bu güc Azərbaycanın inkişafı naminə öz imkanlarını həmişə səfərbər edir. “Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiyanın reallaşmasında partiyamızın nümayəndələri həmişə böyük fədakarlıq nümunələri göstəriblər. Bu aksiyada iştirak etməklə də, bizim partiyamız Prezidentimizin həyata keçirdiyi ekoloji siyasətə dəstək verir. Bütün bunlar partiyamızın mahiyyətindən irəli gəlir. Biz qurucu, yaradıcı partiyayıq. YAP öz gücünü, mütəşəkkilliyini Azərbaycan dövlətinin qüdrətinin daha da artmasına səfərbər edib. YAP təkcə siyasi proseslərdə iştirak etməklə öz missiyasını bitmiş hesab etmir, həm də cəmiyyət üçün əhəmiyyətli olan bütün proseslərdə bundan sonra da fəal iştirak edəcək. Bunu vətəndaşlıq vəzifəsi hesab edirik” - deyə YAP Sədrinin müavini vurğulayıb.
Qeyd edək ki, ağacəkmə aksiyası çərçivəsində 1.5 hektar ərazidə 1000-dən artıq ağac əkilib.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38

