YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
08.06.2019 [07:28]
İyunun 7-də Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.
Konfransda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Milli Məclisin deputatı Kamran Bayramov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, təşkilatın gənc fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Daşkəsən şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Konfransda YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin sədri Elşən Alıyev hesabat dövrü ərzində görülən işlər barədə məruzə ilə çıxış edib. Elşən Alıyev qeyd edib ki, YAP Daşkəsən rayon təşkilatının Gənclər Birliyi hesabat dövrü ərzində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Belə ki, təşkilat müxtəlif layihələr reallaşdırıb, tədbirlər keçirib və ictimai-siyasi proseslərdə fəal iştirak edib.
Daha sonra fəal gənclərdən Aygün İbrahimova və Cavid Məmmədov hesabat məruzəsi ətrafında çıxış edərək Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, dövlət başçısının rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət yetirir.
Konfransda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və Milli Məclisin deputatı Kamran Bayramov çıxış ediblər. Qeyd olunub ki, güclü və demokratik siyasi qüvvə olan, ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı inamla inkişafa, uğurlu gələcəyə doğru aparır. Çıxışlarda Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də təhsil, səhiyyə və idman həyatında gənclərin uğurlarından bəhs olunub.
Konfransda təşkilati məsələlərə baxılıb. Kənan Ramazan oğlu Bayramov YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Təşkilatın Gənclər Birliyinin 7 nəfərdən ibarət İdarə Heyəti, 15 nəfərdən ibarət Şurası seçilib. Həmçinin YAP Gənclər Birliyinin V konfransına nümayəndələr müəyyənləşib.
Konfransın sonunda YAP sıralarına qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

