Lökbatan qəsəbəsinin sakinləri inkişafa, dəyişikliklərə - YAP-ın namizədlərinə səs verəcək
08.12.2009 [10:00]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Lökbatan qəsəbəsində tədbir keçirib. Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov rayon təşkilatının həyata keçirdiyi işlər barədə məlumat verib.
Aydın Hüseynov bələdiyyələrin respublikamızın həyatında oynadığı mühüm roldan danışıb: “Bələdiyyə institutu Azərbaycanda yaranmış gənc strukturdur. Əlbəttə ki, demokratikləşən Azərbaycanda bələdiyyələr bu tendensiyanın bir hissəsi kimi ölkənin tərəqqisinə öz töhfəsini verməlidir. Yerli özünüidarəetmə strukturlarının işində müəyyən problemlərin olması, ilk illərdə labüd idi. çünki, sovetlərin inzibati-amirlik idarəçiliyindən, planlaşdırma iqtisadiyyatından azad olmuş Azərbaycanda bələdiyyələr sahəsində təcrübə yox idi. Bu səbəbdən də, bir sıra bələdiyyələrin fəaliyyətində nöqsanlar ortaya çıxırdı”.
Son on il ərzində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində maddi-texniki bazanın möhkəmləndirilməsi ilə yanaşı, qanunvericilik bazası da möhkəmləndirildi: “Milli Məclisdə bələdiyyələrlə bağlı bir çox qanunlar qəbul edilib, onların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə bələdiyyələrin birləşdirilməsi prosesi aparılıb. Bununla yanaşı, Konstitusiyamızın bələdiyyələrlə bağlı maddələrinə əlavə və dəyişikliklər olunub. Düşünürəm ki, bu, bələdiyyələrin fəaliyyətində, insanlara xidməti sahəsindəki işlərində böyük dəyişikliklərə öz töhfəsini veriəcək”.
Bələdiyyə seçkilərində “Xalqa xidmət naminə” şüarı ilə iştirak edən YAP-ın namizədlərinə uğurlar diləyən Aydın Hüseynov hər zaman dövlətçiliklə birgə olan lökbatanlıların tərəqqiyə, inkişafa, dəyişikliklərə - YAP-ın namizədlərinə səs verəcəklərinə inandığını söyləyib.
YAP-ın Lökbatan qəsəbəsi üzrə namizədi Şahyar Babayev görülmüş işlərdən danışıb və əmin olduğunu bildirib ki, partiyamızın fəaliyyətini hər zaman yüksək qiymətləndirmiş lökbatanlılar bu dəfə də düzgün seçim edəcək.
Digər namizəd Nizami Namazəliyev bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının inamla parlaq qələbə qazanacağını deyib.
İman Abbasov isə vurğulayıb ki, bundan sonra da bələdiyyələr rayonun sosial-iqtisadi həyatına, abadlıq və quruculuq işlərinə mühüm töhfə verəcək.
Əlzamin Məmmədov əminliklə bildirib ki, bu seçkilərdə də Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanaraq seçicilərin etimadını doğrultmaq üçün var qüvvəsi ilə xalqa xidmət göstərəcək.
Qənirə Kərimova da vurğulayıb ki, YAP-ın namizədləri üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək: “Bizim partiyamızın seçki proqramının əsas hədəfi ölkəmizin sosial-iqtisadi inkişafı və vətəndaşlarımızın rifah halının daha da yüksəlməsidir”.
Azər Daşdıyev Lökbatan qəsəbəsinin sakinlərinin yüksək mütəşəkkillik göstərərək Yeni Azərbaycan Partiyasının namizədlərinə yekdilliklə səs verəcəyinə əmin olduğunu vurğulayıb.
Sənurə Orucova da söyləyib ki, Yeni Azərbaycan Partiyası xalqın partiyası olduğunu sübut edib, ölkədə uğurla həyata keçirilən siyasətin fəal təbliğatçısı və iştirakçısı kimi bu seçkiyə də xalqa xidmət naminə şüarı ilə gedir.
Vəkil Məmmədov bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinin onların qarşıdakı illərdə ölkə həyatının müxtəlif sahələrində aktiv iştirak etməsinə səbəb olacağını söyləyib.
YAP-ın Lökbatan qəsəbəsi üzrə digər namizədi Təhməz Abbasov deyib ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxşaxəli, səmərəli siyasət nəticəsində respublikamızda ictimai-siyasi sabitlik qorunub, sosial-iqtisadi həyatın bütün sahələrində yüksək inkişaf baş verib.
Oqtay Hüseynov isə qeyd edib ki, hazırda bələdiyyə seçkilərində namizədliyi irəli sürülən YAP üzvləri də məhz bu siyasətin daha yüksəksəviyyəli uğurlarla nəticələnməsinə çalışacaq.
Suriddin Fərzəliyev vurğulayıb ki, bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində mühüm rol oynayır.
Tofiq Mirzəyev qeyd edib ki, Lökbatan qəsəbəsinin sakinləri hər zaman dövlətçiliyə sadiq olublar və bu gün də bunu sübut edirlər.
Yasin Quliyev çıxış edərək vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə qəsəbə sakinləri görülən işlərin davamlılığına şərait yaradacaqlar.
Dadaş Əzimov isə deyib ki, qəsəbəmizin seçiciləri xalqına hər zaman xidmət edən və demokratiyanın inkişafına dəstək verən Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.
YAP Qaradağ rayon təşkilatının İdarə Heyətinin üzvü Nizaməddin Ziyadoğlu namizədlərə uğurlar diləyərək söyləyib ki, YAP-ın namizədləri budəfəki bələdiyyə seçkilərində də möhtəşəm qələbə qazanacaq.
Sonra çıxış edən qəsəbə sakinləri bir sıra çatışmazlıqların olduğunu, Yeni Azərbaycan Partiyasının namizədləri bələdiyyələrə seçildikdən sonra onların da aradan qaldırılacağına inandıqlarını söyləyiblər və budəfəki bələdiyyə seçkilərində də YAP-ın namizədlərinə səs verəcəklərini deyiblər.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

