Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin məlumatı
24.12.2019 [09:43]
Azərbaycan Respublikasında 23 dekabr 2019-cu ildə yerli və xarici müşahidəçilərin iştirakı və seçicilərin fəalliğı şəraitində yerli özünüidarəetmə orqanlarına - bələdiyyələrə növbəti azad, demokratik və şəffaf seçkilər keçirilib.
Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə “Xalq üçün” şüarı ilə qatılaraq seçki kampaniyasının bütün mərhələlərində uğurla iştirak edib. Hər bir rayon və şəhər təşkilatının nəzdində seçki qərargahları yaradılıb, seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasında qeydə alınmış Yeni Azərbaycan Partiyasının bu qurumda və hər bir seçki dairəsində səlahiyyətli nümayəndəsi, habelə respublika üzrə Mərkəzi Seçki Komissiyası, seçki dairələri və seçki məntəqələri üzrə beş mindən yuxarı müşahidəçisi təyin edilib.
Yeni Azərbaycan Partiyası tərəfindən qəbul edilmiş qərara əsasən Azərbaycanda mövcud 1606 bələdiyyənin hər birini əhatə etməklə, ümumilikdə 14 min nəfərdən yuxarı bələdiyyə üzvlüyünə namizəd irəli sürülüb. Yeni Azərbaycan Partiyasının müəyyən etdiyi namizədlər arasında gənclər və qadınlar əhəmiyyətli yer tutur.
Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində “Xalq üçün” şüarı ilə ölkənin bütün regionlarında, hər bir bələdiyyə ərazisində seçicilərlə çoxsaylı görüşlər keçirib. Bu görüşlər bir daha təsdiq edib ki, Azərbaycan vətəndaşları Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədləri dəstəkləyir.
Bələdiyyə seçkilərindən əvvəl və onun gedişində radikal müxalifət öz ənənəsinə sadiq qalaraq bu seçkiləri gözdən salmaq, yerli idarəetmənin strukturundakı rolunu şübhə altına almaq istiqamətində uğursuz təbliğat aparmağa cəhdlər göstərdi. Lakin əhalinin seçkilərə göstərdiyi maraq və böyük ictimai fəallıq onların bir daha cəmiyyətlə ayaqlaşa bilmədiklərini və xalqın arasında nüfuzunu tam olaraq itirdiyini bir daha sübut edib.
Bu gün keçirilən səsvermə nəticəsində bələdiyyələrin yeni tərkibi formalaşacaq, minlərlə vətəndaş ölkənin yerli özünüidarəetmə orqanlarında təmsil olunaraq, regionların idarə olunmasında, sosial və iqtisadi problemlərinin həllində, bütövlükdə dayanıqlı inkişafın təmin edilməsi prosesində yaxından iştirak etmək imkanları qazanacaq.
Partiyamızın çoxsaylı müşahidəçilərinin verdikləri ilkin məlumatlara əsasən YAP-ın bu seçkilərdə də seçicilərin tam dəstəyini əldə etdiyini ifadə edə bilərik. Bu inam Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlardan, ardıcıl həyata keçirilən mütərəqqi sosial layihələrdən, ölkəmizin regionda və dünyada artan nüfuzundan irəli gəlir. Hesab edirik ki, dekabr ayının 23-də baş tutmuş növbəti bələdiyyə seçkiləri ölkəmizdə seçki demokratiyasının daha da inkişafına öz töhfəsini verəcək.
Xəbər lenti
Hamısına baxMədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45

