Lənkəranlılar YAP-ın mütləq qələbəsinə əmindirlər
19.10.2010 [09:20]
Dünən Yeni Azərbaycan Partiyası tərəfindən 75 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Cavanşir Paşazadə Lənkəran rayonunun Nərimanabad, Balıqçılar qəsəbəsinin, Liman şəhərinin və Boladi, Vilvan, Xarxatan kəndlərinin seçiciləri ilə görüş keçirib. Cavanşir Paşazadə seçicilər qarşısında geniş çıxış edib. Natiq YAP-ın siyasi nüfuzundan, partiyanın lideri, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf strategiyasından, sosial rifah siyasətinin uğurlarından ətraflı bəhs edib.
YAP-ın 75 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə deputatlığa namizədi C.Paşazadə ölkəmizdə genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini söyləyib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət bütövlükdə Azərbaycan xalqı, ictimaiyyəti tərəfindən çox yüksək səviyyədə qiymətləndirilir. Artıq ölkəmiz iqtisadi inkişafın yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan əsas vəzifələr müəyyənləşdirilib. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, regionların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələri aid etmək mümkündür. Bütün bunlar YAP-a olan inamı və etibarı möhkəmləndirir. Bu və digər faktorlar onu deməyə əsas verir ki, YAP noyabrın 7-də keçiriləcək seçkilərdə mütləq səsçoxluğu ilə qalib gələcək.
Lənkəranlılar YAP-ın namizədinə və onun mənsub olduğu partiyaya münasibətlərini bildiriblər və həqiqətən, Ulu öndər Heydər Əliyevin yaratdığı partiyanın ölkənin tarixində müstəsna rol oynadığını vurğulayıblar. Tədbirdə çıxış edən seçicilərdən İman Mikayılov, Elgiz Vəliyev, İntiqam Əsgərov, Xətail İbrahimov, Salman Dadaşov və digərləri ötən beş il ərzində Cavanşir Paşazadənin deputat kimi fəaliyyətindən razı qaldıqlarını bildiriblər. Seçicilər qeyd ediblər ki, C.Paşazadə ötən illər ərzində onların etimadını doğruldub, lənkəranlıların arzu və istəklərini parlament tribunasından ifadə edib. Ona görə də, Lənkəran seçiciləri yenidən Cavanşir Paşazadəni deputat görmək istəyirlər. YAP-ın irəli sürdüyü bütün namizədlər kimi C.Paşazadə də layiqli deputat olmağa qadirdir. Onlar bu istəklərini noyabrın 7-də seçki məntəqələrinə gedərək səsvermə zamanı bir daha təsdiq edəcəklər.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45

