Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan böyük uğurlara imza atıb

Azərbaycan böyük uğurlara imza atıb

19.07.2022 [10:51]

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 15 də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirildi. Dövlət başçısı müşavirədə çox mühüm məsələlərə toxundu. Ölkə Prezidentinin giriş və yekun nitqində  səslənən çağrışlar, qarşıya qoyulan  vəzifələr ümumilikdə  ölkəmizin dayanıqlı inkişafının təmin edilməsinə, beynəlxalq münasibətlər sistemində yerinin və rolunun möhkəmlənməsinə xidmət edir. Cari ilin  altı ayının sosial-iqtisadi göstəriciləri 2022-ci ili də uğurla başa vurcağamıza böyük əminlik yaradır.

Dövlət başçısının düşünülmüş siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə  genişmiqyaslı bərpa və quruculuq işləri ölkəmizin malik olduğu  iqtisadi potensialın təqdimatında əhəmiyyətli rol oynayır. Bu işlərin hamısı Azərbaycanın daxili imkanları hesabına həyata keçirilir. Dövlət başçısı İlham Əliyev müşavirədə bir daha işğaldan azad edilmiş torpaqlarımızda görülən işlərdən geniş bəhs etdi.

Müşavirədə diqqət yönəldilən məsələlərdən biri  2020 ci il 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin Ermənistan  tərəfindən yerinə yetirilməməsidir. Digər narazılıq doğuran məsələ isə Ermənistan  silahli qüvvələrinin  qalıqlarının  hələ də Qarabağda qalması oldu. Bəli, Bəyanat imzalanıbsa, orada yer alan şərtlər qeyri-şərtsiz icra olunmalıdır. Bu gün Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılmasına baxmayaraq, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Prezident İlham Əliyev çıxışında Ermənistana bir sıra ciddi xəbərdarlıqlar  etdi.

Tarixi Zəfərimizin qəhrəmanları olan şəhidlərin ailələrinə, qazilərə  dövlətin diqqət və qayğısı davamlıdır.  Ümumilikdə  Birinci və İkinci Qarabağ müharibəsinin  şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Bu da şəhid və qazi ailələrinə yüksək diqqət və qayğının nəticəsidir. Prezident İlham Əliyev müşavirədə bildirdi: “Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Biz bunu edirik və edəcəyik”.

Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə cari ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə səsləndirilən statistik rəqəmlərə, ayrı-ayrı sahələrin inkişafında qazanılan uğurlara əsaslanaraq əminliklə deyə bilərik ki, ölkəmiz  böyük uğurlara imza atıb. Ölkə Prezidentimizin qeyd etdiyi kimi, məqsədimiz müstəqilliyimizin əbədi və dönməz xarakter alması, Azərbaycanın dünya birliyində öz yeri və rolunu daha da möhkəmləndirməsidir.  

Paylaş:
Baxılıb: 104 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

İqtisadiyyat

İqtisadiyyat

Xəbər lenti

Müsahibə

Xəbər lenti

8 avqust 1991-ci il...

06 Avqust 10:12

Prezident bu gün

Prezident bu gün

06 Avqust 10:08

Siyasət

Səfirliyimizə hücum...

06 Avqust 10:05  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31