/ / 29 il əvvəl baş verən hadisə müstəqil Azərbaycan üçün yüksəlişə gedən yolun başlanğıc mərhələsi idi
29 il əvvəl baş verən hadisə müstəqil Azərbaycan üçün yüksəlişə gedən yolun başlanğıc mərhələsi idi
04.10.2022 [13:26]
Məlum olduğu kimi, oktyabrın 3-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycana ilk dəfə Prezident seçilməsinin 29-cu ili tamam oldu. Məhz həmin tarixdən respublikamızda qüdrətli dövlətçiliyin və inkişafın təməli qoyuldu. Həmin tarixdən başlanan yeni siyasi kurs və idarəetmə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni yüksəlişinə, müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət etdi.
Tarixi təcrübə sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar onların gücü, iradəsi sayəsində öz milli haqlarına layiqincə sahib olmaq imkanı qazanırlar. Azərbaycan xalqı üçün belə bir lider Ulu Öndər Heydər Əliyev idi. Xalqımız 1993-cü ildə ölkənin düşdüyü vəziyyətdə məhz Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyində təmsil olunmasını mövcud böhranlardan yeganə çıxış yolu kimi görürdü. Bu baxımdan, o dövrdə görkəmli dövlət xadimini təkidlə Naxçıvandan Bakıya dəvət etməklə Azərbaycan xalqı tarixi və müdrik qərar qəbul etdi.
Qeyd edək ki, 1993-cü il iyun ayının 9-da Naxçıvandan Bakıya gələn, iyunun 15-də isə Ali Sovetin Sədri seçilən Ulu Öndər Heydər Əliyev siyasi müdrikliyi ilə tezliklə ölkədəki vəziyyətin nəzarət altına alınmasına nail oldu. Ulu Öndər Heydər Əliyev 1993-cü il sentyabrın 29-da növbədənkənar prezident seçkiləri ərəfəsində öz proqramını belə bəyan etdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməlidir, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı - bunların hamısı bərqərar edilməlidir. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar aparıb, bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir, Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir, Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq, bu yolla da gedəcəyik. Bu yol xalq yoludur”.
Yeri gəlmişkən, 3 oktyabr 1993-cü ildə keçirilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə gələcək yüksəlişə gedən yolun başlanğıc mərhələsi oldu. Xalq ən doğru seçimini edərək yüksək səs çoxluğu ilə öz böyük oğlunu, dahi siyasətçi Heydər Əliyevi Prezident seçdi. Bununla Azərbaycan xalqı görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevə dərin etimadını bütün dünyaya nümayiş etdirdi. Ulu Öndər Heydər Əliyev isə bu etimadın qarşılığında canı qədər sevdiyi Azərbaycanı qorudu, müstəqilliyimizin əbədi olmasını təmin etdi.
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanda yeni bir dövrün başlanğıc tarixidir. Sonrakı illərin inkişaf prosesləri həmin günün tariximizdə nə qədər əlamətdar olduğunu təsdiqləyir. Xalq-Heydər Əliyev birliyinin sarsılmazlığı isə bütün mərhələlərdə yüksələn xətlə inkişaf etdi. Bu sarsılmazlıq həm də Prezident İlham Əliyevə olan yüksək xalq etimadında özünü göstərir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bütün sahələrdə qazandığımız möhtəşəm uğurlar ölkədə həyata keçirilən siyasətin dövlətimizin və xalqımızın milli maraqlarını layiqincə təmin etdiyini göstərir. 1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev demişdi: “Mən bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq, gənclərimiz və gələcək nəsillər onların qəhrəmanlıqlarından nümunə götürəcəklər. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaqdır”.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin qoruduğu, qurduğu Azərbaycan indi tarixinin ən qüdrətli dövlətinə çevrilib. Ümummilli Lider Heydər Əliyevin doğma vətənimizlə bağlı arzuları artıq həyata keçirilib. Prezident İlham Əliyev Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməklə Ulu Öndərin vəsiyyətini yerinə yetirdi. 44 günlük müharibədə şəhidlərimizin qisası döyüş meydanında alındı, ərazi bütövlüyümüz təmin edildi.
Sonda bir daha qeyd edək ki, Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevi xalqımız hər zaman böyük ehtiramla yad edir. Gələn il isə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Ümummilli Liderin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək üçün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Əminliklə deyə bilətik ki, xalqımız Ulu Öndərin 100 illik yubileyini böyük təntənə ilə qeyd edəcək.
Zamir Hüseynov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

