Prezidentə milyonların sevgisi şəksizdir
15.10.2022 [11:44]
Nihad Pənahov
Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri
15 oktyabr 2003-cü il prezident seçkilərində xalqın 76,84 faiz səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində bildirmişdi: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik. Yaşasın Azərbaycan xalqının milli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev! Yaşasın qəhrəman Azərbaycan xalqı! Yaşasın azad və müstəqil Azərbaycan!”
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu müraciətindən 17 il sonra Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən bildirdi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiqliyini atdığı hər addımında təsdiqləyən Prezident İlham Əliyev 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata müsahibələrində də bu fikri böyük inam və qürur hissi ilə qeyd etdi ki, hər zaman çalışmışam atamın yoluna sadiq olum: “2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır” fikirləri keçilən yolun ümumiləşdirilmiş ifadəsidir. Son iki ildə görülən işlər sırasına işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması da daxil oldu.
Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində bu mühüm məqamı da xüsusi olaraq qed etdi ki, bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!
Zəfər tarixini yazan Azərbaycan Ordusu 44 gündə düşmənə layiq olduğu yeri göstərdi. Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun qarşısında dayana biilmədi, hərbi texnikasını, silah-sursatı qoyub qaçdı. Azərbaycan Ordusunun ulu öndər Heydər Əliyevin hakimiyyətə qayışından başlayaraq bu günədək keçdiyi yol, maddi-texniki bazasının möhkəmlənməsi, gənclərimizdə torpaq və Vətən sevgisinin aşılanması, eyni zamanda, münaqişənin həllli üçün möhkəm hüquqi bazanın yaradılması Azərbaycanın şanlı Zəfərini şərtləndirdi. Müzəffər Ali Baş Komandan bütün çıxışlarında tarixi Qələbəmizin qəhrəmanları olan şəhidlərimizdən və qazilərimizdən geniş bəhs edur, onların göstərdiyi şücaətin fonunda Azərbaycan gəncliyinin torpağa, Vətənə bağlılığını xüsusi diqqətə çatdırır. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Şəhid ailələrinə və qazilərə dəstək göstərilməsində ölkəmizdə milli həmrəylik yaşanır və bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olunub.
Dövlətinin, xalqının gələcəyini düşünən, hər bir vətəndaşının Prezidenti olduğunu real addımları ilə sübut edən Liderə milynların sevgisi şəksizdir. Xalqımız 44 günlük Vətən müharibəsində birliyi ilə necə torpaqlarımızın azad edilməsinə nail oldusa, postmünaqişə dövrünün reallıqlarından olan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini də uğurla başa çatdıracaq, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan yeni-yeni hədəflərə yüksək səviyyədə nail olacaq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

