Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib

Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib

21.11.2022 [10:21]

YAP Ağdam rayon təşkilatının sədri

Mansur Quliyev

Yeni Azərbaycan Partiyası ictimai-siyasi və tarixi zərurətdən yaranan ümumxalq partiyasıdır. Məlum olduğu kimi 90-cı illərin əvvəllərində ölkəmizdə hökm sürən xaos, anarxiya, hərc-mərclik Azərbaycanın öz müstəqilliyini və ərazi bütövlüyünü itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. O zamanlar hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Belə bir çətin şəraitdə ölkəmizin üzləşdiyi siyasi və iqtisadi böhran Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etdi. Dövlətçilik tariximizə “91-lərin müraciəti” kimi daxil olan, Azərbaycanın sayılıb-seçilən bir qrup ziyalısı yeni yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da Ulu öndər Heydər Əliyevə müraciət etdi. Çünki, xalqımız çox yaxşı bilirdi ki, ölkəmizi düçar olduğu bu bəladan yalnız Ulu öndər Heydər Əliyev şəxsiyyəti və Onun rəhbərlik edəcəyi partiya xilas edə bilər.

Nəhayət 24 oktyabr 1992-ci il tarixdə Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi.

Yeni Azərbaycan Partiyasının ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdi.

“Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək” fikrini söyləyən Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və gələcək inkişafı istiqamətində mühüm addımlar atırdı. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev qısa müddət ərzində vəziyyəti sabitləşdirdi. Belə ki, 1993-cü il iyunun 15-də Ulu öndər Heydər Əliyev Ali Sovetə sədr seçildi və ölkənin gələcək inkişaf strategiyası istiqamətində mühüm addımlar atmağa başladı. Ulu öndər Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi və inkişaf etdirməyi özünün əsas vəzifələrdən biri hesab edirdi. Ölkənin düşdüyü bu bəladan qurtarmaq kimi çətin bir missiyanı və məsuliyyəti öz üzərinə götürən Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyunun 24-də yaranmış mürəkkəb proseslərlə bağlı Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Beləliklə, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı. Xalq öz liderini ölkə başçısı görmək arzusunda idi. Bu məqsədlə 1993-cü ilin oktyabr ayının 3-də Heydər Əliyev ümumxalq səsvermə yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Qısa müddətdə ulu öndərin siyasi idarəetmə qabiliyyəti və uzaqgörənliyi ilə ölkədəki böhrana son qoyuldu. Dövlətçilik tariximizin ən şanlı qürur səhifəsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ömrünün böyük hissəsini xalqa, vətənə həsr edən bu dahi şəxsiyyət bu gün ki, müstəqil, demokratik və suveren Azərbaycan dövlətinin şanlı tarix səhifəsini yazdı.

Xüsusilə qeyd etmək lazımdır ki, 30 illik fəaliyyəti dövründə partiyamız Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçib. Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilərək, 800  minə yaxın üzvü öz sıralarında birləşdirir.

Bu gün böyük qürur hissi duyuruq ki, Ulu Öndər Heydər Əliyevin ideyaları Yeni Azərbaycan Partiyasınin sədri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir.

Prezident İlham Əliyevin sədrliyi ilə uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, eləcə də bölgənin ən güclü siyasi partiyasına çevrilib və 30 il ərzində bütün fəaliyyət istiqamətlərini  dövlətə, vətənə, xalqa xidmətə yönəldərək mühüm uğurlara imza atıb.

Paylaş:
Baxılıb: 115 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30