/ / “Böyük Qayıdış” proqramının strateji hədəfləri işğaldan azad olunmuş ərazilərdə ən yüksək həyatı təmin etməkdir
“Böyük Qayıdış” proqramının strateji hədəfləri işğaldan azad olunmuş ərazilərdə ən yüksək həyatı təmin etməkdir
23.12.2022 [18:10]
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün ən parlaq inkişaf dövrünü yaşayır və illər əvvəl xəyal kimi görünən arzularımız həqiqətə çevrilir. Torpaqlarımızın işğaldan azad edilməsi ilə başlanan yeni inkişaf mərhələsi bunun əyani sübutudur. Bütün bunlar Cənab İlham Əliyevin Ata vəsiyyətini layiqincə yerinə yetirməklə Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindəndir.
Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təhlükəsizlik, müasir yaşayış məntəqələrinin salınması, əhalinin dayanıqlı məskunlaşması, əhatəli və qabaqcıl standartlara cavab verən infrastrukturun qurulması, ərazilərin iqtisadi inkişafının dəstəklənməsi və ekoloji təmiz mühitin təmin edilməsini özündə əks etdirən müddəaları milli genofondumuzun qorunmasına və fundamental inkişafa, ictimai-siyasi, sosial-iqtisadi, humanitar və mədəni sferada yeni inkişaf mərhələsinin başlanmasına hədəflənmişdir.
Danılmaz faktdır ki, erməni barbarlığı nəticəsində 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş torpaqları olmazın vəhşiliklərə və ekoloji terrora məruz qalıb. Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, zəngin yeraltı və yerüstü sərvətləri vəhşicəsinə talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuşdur. Regionun meşə örtüyü məqsədli şəkildə məhv edilib, münbit torpaqları, su ehtiyatları ekoloji və radioaktiv çirklənməyə məruz qoyulub. Torpaqlarımızı işğal altında saxladığı illər ərzində erməni vandalları minaladıqları ərazilərdən başqa, rüsvaycasına təslim olduqdan sonra tərk etmələri üçün vaxt aldıqları zaman Ağdam, Kəlbəcər və Laçın rayonlarının bütün ərazilərinə yeni minalar basdırmaqla, yaşayış evlərini yandırmış, meyvə ağaclarını belə kəsmiş, terrorçu əməllərini davam etdirmişlər.
Bu gün 44 günlük müharibədə əldə etdiyimiz Möhtəşəm Qələbəmizin siyasi cəhətdən möhkəmləndirilməsi və işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması istiqamətində mühüm işlər görülür. 2026-cı ilədək başa çatması nəzərdə tutulan “Böyük Qayıdış” proqramının icrası ilə Qarabağda aparılacaq quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcək, keyfiyyətcə yeni bir həyata qayıdış olacaq. 30 il əvvəl hətta yaşayış üçün ən vacib əşyalarını belə götürə bilmədən öz isti ocaqlarının tərk etmiş sakinlər layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar. İşğaldan azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə həyata keçiriləcəkdir. Aparılan kompleks tədbirlər və yeni quruculuq işləri Azərbaycanın hərtərəfli inkişafına öz töhfəsini verəcək.
Hazırda Azərbaycan bir tərəfdən Qarabağda və Şərqi Zəngəzurda böyük bərpa və quruculuq işlərini həyata keçirir, digər tərəfdən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sağlamlığının qorunması, ölkəmizin təhlükəsizliyinin təmin olunması, ordumuzun müdafiə qabiliyyətinin artırılması istiqamətində ciddi addımlar atır. Qarabağ ərazisi geniş tikinti meydanına çevrilib. Həmin ərazilərdə yerli tikinti təşkilatları ilə birgə Qarabağın azad olunması uğrunda 30 il ərzində aparılmış mübarizədə Azərbaycanın haqq işini dəstəkləmiş başda Türkiyə olmaqla bir sıra ölkələrin şirkətləri artıq müvafiq layihələr üzrə fəaliyyətə başlamışdır. Bütün regionda yollar, körpülər, su elektrik stansiyaları, su və qaz təminatı kimi həyati vacib infrastruktur layihələr reallaşır. Mühüm layihələr çərçivəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən avtomobil və dəmir yollarının bərpası ölkəmizin infrastruktur bütövlüyünü təmin edəcək və region ölkələri arasında birbaşa əlaqələri xeyli asanlaşdıracaq. Sülh müqaviləsi imzalanaraq Zəngəzur dəhlizi açılan zaman bu imkanlardan bütövlükdə dünyamız yararlanacaq.
Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılmışdır. Strateji əhəmiyyət kəsb edən məsələlərin çevik həllinə və dövlət xidmətlərin əlçatanlığına xidmət edən peşəkar idarəetmə sistemi qurulur. Yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin olunması əsas prioritet təşkil edir. Öz torpaqlarına qayıdan sakinlərin əmək məşğulluğunun təmin edilməsi üçün hazırlanan proqram ənənəvi məşğuliyyət sahələrinin bərpa edilməsi ilə yanaşı, yeni məşğulluq növlərinin yaradılmasını təmin edəcək. Bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəlmişdir və bu mənada Laçın-Kəlbəcər bölgələrində külək enerjisindən, Zəngilan-Cəbrayıl bölgələrində isə günəş enerjisindən istifadə imkanları genişdir. “Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq.
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində əsas prioritetlərdən biri də ərazilərin minalardan və digər hərbi sursatdan təmizlənməsi və dövlət sərhədlərin toxunulmazlığı məsələsidir ki, bu istiqamətdə də təxirəsalınmaz tədbirlər görülür.
Günümüzün reallığı deməyə əsas verir ki, regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir və Prezident İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53

