/ / Dövlət başçımızın imzaladığı sosialyönümlü fərman və sərəncamlar ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanır
Dövlət başçımızın imzaladığı sosialyönümlü fərman və sərəncamlar ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanır
13.01.2023 [20:26]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 yanvar 2023-cü il tarixində yerli televiziya kanallarına müsahibə verib. Müsahibəsində 2022-ci ilin yekunları, qarşıda duran vəzifələr, enerji təhlükəsizliyi, regional və qlobal geosiyasi vəziyyət, ölkəmizin sosial-iqtisadi və hərbi-siyasi uğurları haqqında geniş təhlillər aparıb. Dövlətimizin başçısı öz çıxışı zamanı bildirib ki, ölkəmizin postmüharibə dövründə göstərdiyi mövqe və beynəlxalq miqyasda əldə etdiyi uğurlar bunu deməyə əsas verir ki, geridə qoyduğumuz il ölkəmiz üçün çox uğurlu olmuşdur. 2023-cü ilin də uğurlu olması üçün biz hamımız fəal çalışmalıyıq. İqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün ölkəmizdə də 2022-ci ildə kəskin qiymət artımının müşahidə olunduğunu, lakin bu böhranlı vəziyyətin xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirildiyini vurğulayan cənab Prezident bir neçə gün öncə imzaladığı çox geniş sosial paketin əhəmiyyətini vurğulamışdır.
Dövlət başçımız digər sahələrdə olduğu kimi, ölkə vətəndaşlarının sosial müdafiəsi məsələsini də daim diqqətdə saxlayır. Məhz cənab İlham Əliyevin iradəsi əsasında cəmiyyətin qayğıya ehtiyacı olan bütün təbəqələri dövlət tərəfindən dəstəklənir. Ölkəmizdə iqtisadiyyatın inkişafına adekvat olaraq sosial sahədə vətəndaşların rifah və yaşayış halının yaxşılaşmasına, gəlirlərinin artmasına hesablanan tədbirlər görülür. Təsadüfi deyil ki, pensiyaların, əmək haqlarının, müavinətlərin artırılması davamlı prosesə çevrilib. Məhz sosial sferada reallaşdırılan ardıcıl tədbirlərin nəticəsidir ki, respublikamızda yoxsulluq və işsizlik səviyyəsi aşağı düşüb. Ölkəmizdə əhalinin sosial müdafiəsinin yüksək səviyyədə təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Həmçinin pensiya və müavinətlərin təyin olunmasının sadələşdirilməsi, vətəndaş-məmur təmaslarının minimuma endirməklə onlayn qaydada aparılması, şəffaflığın artırılması üçün görülən işlər vətəndaş məmnunluğunun artmasına təsir edir. Bütün bunlar Prezident Cənab İlham Əliyevin iradəsi və təşəbbüsü əsasında mümkün olmuşdur. Əməkhaqqı, minimum əməkhaqqı, dövlət sektorunda çalışan insanların əməkhaqqı seqmentlərini, pensiya seqmentini, müavinət, təqaüd, ünvanlı yardım və geniş bir spektri əhatə edən bu sosial islahat paketi də öz əhatəliliyi ilə seçilir.
Ölkə başçısının yanvarın 5-də və 13-də imzaladığı Fərman və Sərəncamlar 1 milyon 900 min vətəndaşımızı əhatə edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb. Eləcə də ümumi səbəblərdən orqanizmin funksiyalarının pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslər üçün Prezidentin aylıq təqaüdü, eyni zamanda, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və 18 yaşınadək əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü, uşağın anadan olmasına görə birdəfəlik müavinət, dəfn üçün birdəfəlik müavinət, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il verilən birdəfəlik müavinət, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Prezidentin aylıq təqaüdü, elmi dərəcəsi olan, işləməyən pensiyaçılara Prezidentin aylıq təqaüdü artırılıb. Eləcə də Prezidentin fərdi təqaüdü, ailə başçısını itirməyə görə müavinət, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşağa görə müavinət, beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət, “Xalq” və “Əməkdar” fəxri adına görə təqaüd, də artırılıb.
Bu sosialyönümlü fərman və sərəncamlar ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanır. Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Azərbaycan Prezdentinin sosialyönümlü siyasəti dünya miqyasında qabaqcıl nümunə kimi çıxış edir. Prezident Cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında Azərbaycan vətəndaşlarının rifah və mənefiyinin təmin olunması dayanır. Dövlət başçısı hər zaman bildirib ki, “Azərbaycan hökuməti daim vətəndaşının yanındadır və maddi imkanları hələ də məhdud olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzindədir”. Bu sözlər bütün dövrlərdə həyata keçirilən real işlərlə, məşğulluğa və sosial rifaha genişmiqyaslı dəstəklə təsdiqlənmişdir. Prezidentimiz hər zaman əhalinin bütün təbəqələrindən olan insanlara həssas münasibət və yüksək diqqət göstərmişdir. Ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə hərtərəfli qayğı göstərilməsi də bu reallığın təzahürüdür. Şəhid ailələri və müharibə əlillərinə qayğı siyasəti Prezident cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin bütün dönəmlərində ardıcıl xarakter daşıyıb. Dövlətimiz tərəfindən şəhid ailələri və qazilərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər görülüb. Prezidentin aylıq təqaüdü şəhid ailəsi üçün 600 manata, müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manata çatdırılmaqla bərabər, digər tərəfdən bütün kateqoriyalara aid əlilliyi olan şəxslər üçün müavinət də orqanizmin funksiyalarının 81-100 faiz, 61-80 faiz və 31-60 faiz pozulmasına görə müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb. Bütün bunlar İlham Əliyevin humanist siyasətinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının bariz nümunəsidir. Canlarını Vətən torpaqları uğrunda fəda edən şəhidlərin ailələri və qazilərimiz hər cür yüksək hörmətə, ehtirama layiqdirlər. Ölkəmizdə vətəndaşların sosial təminatlarının artırılmasına, gəlir imkanlarının qorunmasına hesablanan və böyük maliyyə tutumuna malik olan sosial paketin reallaşdırılması dövlətimizin gücünü ifadə edir və sosial siyasətin ardıcıllığını əks etdirir.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

