Səbail rayonunda Vətən müharibəsi şəhidlərinin orden və vəsiqələri ailə üzvlərinə təqdim edilib
18.01.2023 [11:24]
Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” 5 noyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar təltif edilmiş Vətən müharibəsi şəhidlərinin müvafiq orden və vəsiqələrinin ailə üzvlərinə təqdim edilməsi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHB-nın müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi Faiq İsmayılov, RİHBA-nın məsul əməkdaşları və şəhidlərin ailə üzvləri iştirak etmişlər.
Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlanılmışdır.
Tədbir zamanı ölkəmizdə şəhidlərin daim hörmət və ehtiramla yad edildiyini və onların gələcək nəsillərə örnək olduğunu vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov çıxış edərək tarixi qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini bildirərək, belə vətənpərvər, mərd, şücaətli övladlar yetişdirdiklərinə görə şəhid ailələrinə minnətdarlığını bildirmişdir. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını diqqətə çatdıran RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq şəhid ailələrinin bundan sonra da daimi diqqət və qayğı ilə əhatə olunacaqlarını qeyd etmişdir.
Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev ölkəmizin bütövlüyü uğrunda istər 1-ci, istərsə də 2-ci Qarabağ müharibəsində qəhrəmanlıqlarından bəhs edərək şəhid və qazilərimizin rolunun danılmaz olduğunu bildirib.
Muxtar Nağıyev ölkəmizin Vətən müharibəsində qazandığı tarixi qələbəyə toxunaraq şəhid və qazilərimizin şücaəti, onların qanı, canı bahasına torpaqlarımızı azad etməsindən geniş şəkildə fikirlərini bölüşüb.
Tədbirdə şəhidlərin ailə üzvləri çıxış edərək onlara daim diqqət və qayğı ilə yanaşan Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını və təşəkkürlərini bildirmişlər.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən təltif edilən şəhidlərimizin ordenləri ailə üzvlərinə təqdim olunmuşdur.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

