Azərbaycan böyük enerji potensialına malikdir.
15.02.2023 [11:46]
13 fevral 2023-cü il tarixdə Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev həmin mərasimdə iştirak etmiş,geniş məzmunlu çıxış etmişdir.
Möhtərəm Prezidentimiz təməlqoyma mərasimində çıxış edərək qeyd etmişdir ki, bu çox əlamətdar hadisə olaraq, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaqdır. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində Azərbaycanın əsas şəhəridir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.
Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə ötən əsrin 70-ci illərində - daha doğrusu, 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuş, 1981-ci ildə Ulu Öndərin iştirakı ilə stansiyanın açılışı olmuşdur.
Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən çətin günlərində ölkəmizin elektrik enerjisi ilə təchizat təmin edilsin. İllər keçdikcə istənilən infrastruktur təzələnməlidir. Bu baxımdan ölkə Prezidentinin birbaşa tapşırığına əsasən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması 2018-ci ildən başlamışdır. Qısa müddət ərzində - artıq iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. Beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur.
Mingəçevir Elektrik Stansiyası İkinci Qarabağ müharibəsi zamanı işğalçı Ermənistan tərəfindən atəşə məruz qaldı. Müzəffər Azərbaycan Ordusu bu hücumun qarşısını mətinliklə aldı. Döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tutmaqla böyük həyati əhəmiyyətə malik olan Mingəçevir Elektrik Stansiyasını da atəşə tutulmuşdur. Döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi.
1300 meqavat gücündə olan stansiya Azərbaycanın enerji potensialını böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır. Bu gün Azərbaycanda olduqca böyük önəm daşıyan bir enerji sahəsinin təməli qoyulur. Əminliklə deyə bilərik ki, tikiləcək stansiya nəzərdə tutulan vaxt ərzində inşa edilərək həm ölkəmizin enerji potensialını gücləndirəcək, həm ixrac imkanlarımızı artıracaq və eyni zamnada xarici tərəfdaşlarımızla növbəti layihələrin işlənməsinə imkan yaradacaqdır.
Bütün bunlar ölkə Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin , eyni zamnada ölkə iqtisadiyyatının inkişafı və şaxələndirilməsi sahələrində apardığı islahatların məntiqi nəticəsidir.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12

