İlham Əliyevin arqumentləri erməniləri də onların havadarlarını da susmağa məcbur elədi
21.02.2023 [15:09]
Fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda Ermənistan rəhbərliyi yenidən rəzil duruma düşdü. Moderatorun ona xüsusi imtiyaz tanımasına baxmayaraq cənab Prezident İlham Əliyevin tutarlı arqumentləri qarşısında mənasız söz yığımından başqa heç bir şeyə yaramayan nitqi ilə Paşinyan özünü və havadarlarını yenidən pis vəziyyətdə qoymuş oldu. Öncə qeyd edək ki, Paşinyan yenə də Laçın yolu ilə bağlı əsassız iddialar irəli sürdü. Eyni hava, eyni sızıltılar, erməni xislətindən doğan ağlaşmalar onun əsaslı bir arqumetə malik olmadığını göstərdi. 10 noyabr sazişində Laçın dəhlizi ilə bağlı “çox dəqiq müddəalar” olduğunu göstərən Paşinyan nədənsə həmin sazişdəki digər dəqiq müddəalardan yan keçməyə üstünlük verdi. Humanitar fəlakət, enerji böhranı kimi populist ifadələrin cavabı isə konkret və qəti oldu.
Prezident İlham Əliyev blokada əfsanəsini puça çıxararaq bildirdi ki, əgər həqiqətən orada blokada şəraiti varsa, Rusiyadan ixrac edilmiş Vardanyan İrəvana və Moskvaya hansı yolla gedib gələ bilir? Prezident: “Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir. Təkcə bu fakt blokadanın olmadığını göstərir. Blokadanın olmadığını göstərən ikinci fakt ondan ibarətdir ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?! Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, əminəm ki, onları heç kim dayandırmayacaq”-deyə fikrinin tam əsaslı və arqumentli şəkildə iştirakçılara çatdırmış oldu.
Xüsusən Prezidentin həm BMT Nizamnaməsinə, həm də Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən Azərbaycanın torpaqlarını işğaldan azad etdiyini, işğalçı Ermənistana son 28 ildə heç bir sanksiya tətbiq edilmədiyini və beynəlxalq qurumların Ermənistanın törətdiyi cinayətlərə səssiz qaldığını bir daha dünyaya bəyan etdi. Prezident Azərbaycanın daxili məsələsi kimi Qarabağ erməniləri ilə bağlı müzakirələrin aparılmasının vacibliyini qeyd etdi, lakin bu müzakirələrin Rusiyadan qaçaq yolla Xankəndinə gətirilən cinayətkar Vardanyanla deyil, Qarabağın erməni sakinləri ilə mümkün olacağını bildirdi.
Həmçinin Rusiya-Ukrayna müharibəsinə münasibət bildirən İlham Əliyev qeyd etdi ki, əgər 30 il bundan əvvəl işğalçı Ermənistana qarşı sanksiya tətbiq edilsəydi, bu gün belə bir müharibənin başlanma ehtimalı da olmazdı. Bəli, cənab Prezident, Qərbi, necə deyərlər, öz silahı ilə vurmuş oldu: “Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin biz heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Beləliklə, biz onun dondurulmadığını sübut etdik. Biz ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq. Ona görə də biz, sadəcə, Qarabağda bugünkü vəziyyəti və ya oradakı erməni icması ilə əlaqələrimizi kontekstdən çıxararaq 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq. Bu, yadplanetlilər tərəfindən edilməyib, gəlib bizim torpağımızı işğal etmiş, bir milyon azərbaycanlını evindən didərgin salmış, 67 məsciddən 65-ni dağıtmış, onları təhqir etmiş qonşularımız tərəfindən edilib-deyə cənab Prezident həm Paşinyanın, həm də ona xüsusi imtiyaz tanıyan moderatorun cavabını verdi. Bu məsələdə də Nikol Paşinyan gülünc vəziyyətdə qaldı. Nala-mıxa vuran Paşinyanın ermənilərin törətdiyi əməlləri sovet hakimiyyətinin ayağına yazmaq cəhdi də gülünc cəhddən başqa bir şey olmadı.
Azərbaycanın suveren hüquqlarını xatırladan ölkə başçısı Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati vahidin olmamasını qeyd edib hər bir ölkəni Azərbaycan Konstitusiyasına hörmət etməyə, Azərbaycanın daxili işlərinə qarışmamağa çağırdı.
Minsk qrupunun artıq tarixə qovuşduğu bir zamanda danışqıların ən optimal formatı olan Brüssel danışıqlarına diqqəti yönəldən cənab Prezident Fransanın mövqeyini diplomatik yolla, həm də çox sərt şəkildə qınayaraq, əslində kimlərin sülhə mane olduğunu göstərdi. Təbii ki, panel iclasında iştirak edən tərəflər belə bir mövqeni gözləmirdilər. Lakin cənab Prezidentin aydın, lakonik və arqumentli çıxışına cavab da verə bilmədilər. Çünki haqsız idilər. Ölkə başçısı bununla da bir strateq kimi reallıqlardan çıxış etdiyini isbatlamış oldu. Nəticə isə düşündürcü idi: əgər Cənubi Qafqazda həqiqətən sabitlik və sülh istəyirsinizsə, əgər enerji təhlükəsizliyinizlə bağlı narahatsınızsa, zəhmət çəkib reallıqlarla barışmalı və Azərbaycanın regionda söz sahibi olduğunu qəbul etməlisiniz.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53

