Azərbaycan yeni reallıq yaradıb
02.06.2023 [10:54]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 May - Müstəqillik Günündə yenidən qurulan Laçın şəhərində öz doğma yurdlarına qayıdan əhali ilə görüşdü. Prezident cənab İlham Əliyev Laçında həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işlərindən bəhs etdi. Ölkə başçısı bildirdi ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaq. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıb. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Həmin gün dövlətimizin başçısı laçınlılara onların 30 il gözlədikləri, həyatlarının ən böyük və ən önəmli hədiyyələrini - Laçındakı yeni evlərinin açarlarını təqdim etdi.
Prezident cənab İlham Əliyev Laçın rayondan olan sakinlərlə görüşdə Qarabağ ermənilərinə və Ermənistandakı dairələrə səslənib. Cənab Prezident bildirib ki, “buradan – uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”.
Ermənistan tərəfindən ərazisi işğala məruz qalan Azərbaycan 30 ilə yaxın müddətdə daim diplomatik təmkin nümayiş etdirirdi, beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin münaqişəni danışıqlar yolu ilə tənzimləmək çağırışlarına həssaslıqla yanaşırdı, lakin bunun müqabilində düşmən ölkəyə ciddi beynəlxalq təzyiqin göstərilməməsi vəziyyəti daha da gərginləşdirirdi.1993-cü ildə BMT – nin qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərini qeyd – şərtsiz tərk etmələri haqqında 822, 853, 874, 884 saylı qətnaməsinə məhəl qoymayaraq, işğal etdikləri ərazilərdə mühəndis – istehkam qurğuları qurmaqla Azərbaycana aşkar şəkildə meydan oxuyaraq yeni müharibə, yeni ərazilər şüarını səsləndirmələri Azərbaycana hərbi yolu seçməkdən başqa ikinci bir seçim imkanı qoymadı. 2020-ci il sentyabrın 27-də Ermənistan hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsi üçün yeni mərhələnin başlanğıcı oldu. 44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Zəfər bayramı kimi qeyd etdiyimiz 8 noyabr tarixində Qarabağın tacı olan Şuşa şəhəri işğaldan azad olundu. Düşmən qoşunları yarımmühasirə vəziyyətinə düşdü. Noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı. Azərbaycan Prezidentinin döyüş meydanı ilə yanaşı, siyasi müstəvidə yenilməz və qətiyyətli iradəsi, sərkərdəlik qabiliyyəti sayəsində Ermənistanı diz çökdürülərək kapitulyasiya aktını imzalamağa məcbur edildi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 1 dekabra kimi daha 3 rayonun – Kəlbəcərin, Ağdamın və Laçının müharibəsiz , qansız, şəhidsiz qaytarılmasını nəzərdə tutan birgə bəyanatı imzaladı.
İkinci Qarabağ müharibəsinin gedişində Azərbaycan özünün həm iqtisadi, həm siyasi və həm də hərbi gücünü kifayət qədər nümayiş etdirdi. Bu gün həmin göstəricilər artıq dəfələrlə yüksəlib. Azərbaycan İkinci Qarabağ müharibəsində yeni reallıq yaratdı bu gün bu reallıqla hər kəs barışır. Cənab Prezidentimizin qeyd etdiyi kimi, əgər müharibə dövründə heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün artıq bütün ərazilərimizə yenidən sahib olandan sonra ümumiyyətlə bu barədə kimsə düşünə bilməz. Qarabağ bölgəsi bizim əzəli, tarixi torpağımızdır və bu, beynəlxalq hüquqla da təsdiq olunub. Bu torpaqlarda daimi yaşamaq istəyən insanlar yalnız Azərbaycan vətəndaşları ola bilərlər. Azərbaycan dövləti müharibədən sonra keçən iki il yarım ərzində qarşıya qoyduğu bütün məqsədlərinə planlı şəkildə nail olub və bu gün artıq həmin planların tam başa çatmasına çox az qalıb. Buna artıq heç kimin şübhəsi yoxdur. Hətta Ermənistan hökuməti özü belə Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın da bu ərazinin ayrılmaz tərkib hissəsi olduğunu bəyan edir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan günü – gündən inkişaf edir, çiçəklənir. İşğaldan azad olunmuş bölgələrdə gedən sürətli bərpa quruculuq işləri və artıq Ağalı kəndinə həmçinin Laçın rayonuna qayıdan məcburi köçkünlər bunun əyani sübutudur.
Varis Rüstəmov,
Yeni Azərbyacan Partiyası Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55

