Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan-İsrail münasibətləri yeni müstəvidə

Azərbaycan-İsrail münasibətləri yeni müstəvidə

05.06.2023 [16:38]

Qədim tarixi olan Azərbaycan və İsrail dövlətləri  arasındakı dostluq əlaqələri bu gün uğurla inkişaf edir. İki ölkə arasında siyasi münasibətlər də yüksək səviyyədədir. 1992-ci il aprelin 7-də İsrail dövləti Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb.

Ümummilli lider Heydər Əliyev İsraillə münasibətlərin inkişafına xüsusi diqqət göstərirdi. Eyni zamanda, ulu öndərin önəm verdiyi məsələlərdən biri də beynəlxalq yəhudi lobbisi ilə Azərbaycan diasporunun əlaqələrinin güclənməsi,  möhkəmlənməsi idi. Bu gün ulu öndər siyasi kursunu zamanın tələblərinə uyğun olaraq davam etdirən Prezident İlham Əliyevin sayəsində Azərbaycanla İsrail strateji tərəfdaş ölkələrə çevriliblər. Hər iki dövlət beynəlxalq aləmdə bir-birlərini qarşılıqlı olaraq dəstəkləyirlər.

Məlum olduğu kimi mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə  İsrail Prezidenti İsxak Hersoq və xanımı Mixal Sislan Azərbaycan Respublikasına iki günlük rəsmi səfər edib. İki ölkə  arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən bu səfərdə İsrail prezidentini 40 nəfərə yaxın nümayəndə heyəti müşayət edib. Səfər çərçivəsində hər iki ölkənin dövlət başçılarının əvvəlcə təkbətək , daha sonra  geniş tərkibli görüşləri baş tutub. Eyni zamanda, iki dövlət arasında bir sıra mühüm sənədlər imzalanıb. Mərasimin sonunda prezidentlər mətbuata bəyanatla çıxış ediblər.

Azərbaycanla İsrail arasında  ticarət dövriyyəsinin 1,7 milyard ABŞ dollarından çox olduğunu bildirən dövlətimizin başçısı vurğuladı ki, növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq. Cənab İlham Əliyev  onu da qeyd etdi ki,  həyata keçiriləcəyini planlaşdırılan birgə layihələr nəticəsində iki ölkə arasında  daha balanslaşdırılmış ticarət dövriyyəsi olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq.

Prezident İlham Əliyev  mətbuata verdiyi bəyanatda bu il İsraildə Azərbaycan səfirliyinin açılmasının iki ölkə arasında əlaqələri daha yüksək səviyyəyə qaldıracağını və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacağını bildirdi.

Azərbaycanla İsrail arasında müxtəlif sahələrdə olduğu kimi, hərbi əməkdaşlıq da inkişaf edir və yüksək səviyyədədir. Artıq uzun müdətdir ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri mövcuddur. Bu haqda cənab prezident mətbuata verdiyi bəyanatında bu məqamlara xüsusi diqqət yetirdi. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.

Səfər çərçivəsində Prezident İlham Əliyevin və İsrail dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə səhiyyə, müdafiə, tibb elmi və digər sahələrdə 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı imzalanması da ölkələrimiz üçün olduqca faydalı olacaq. Belə ki, imzalanan sənədlər həmin sahələrin inkişafı üçün geniş imkanlar açacaqdır.

Beləliklə, İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında mövcud olan sıx tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək.

Sahib Şükürov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31