Azərbaycan-Pakistan münasibətləri yeni mərhələdə
20.06.2023 [15:21]
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında yeni mərhələnin başlanğıcı olacaq. Pakistan-Azərbaycan münasibətləri hər zaman yüksək səviyyədə olub. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər. Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib. Pakistan da ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da ölkəmizə güclü dəstək göstərib. Həmçinin işğal səbəbindən Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayıb.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında Prezident cənab İlham Əliyev iki qardaş ölkə arasında olan münasibətlərdən və Pakistanın ölkəmizə ciddi siyasi dəstək verməsindən bəhs etdi. Ölkə başçısı xatırlatdı ki, Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi. Ölkəmiz yalnız hərbi gücü və Azərbaycan Ordusunun əzmi ilə öz ərazi bütövlüyünü bərpa etdi. Danışıqlar və ya hər hansı bir vasitəçilik nəticə vermədi. Azərbaycan 3 min övladını şəhid verərək döyüş vasitəsilə ərazi bütövlüyünü bərpa etdi. Bu baxımdan qardaş ölkə Pakistanla müdafiə sənayesi sahəsində əməkdaşlıq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir. Prezident cənab İlham Əliyev vurğuladı ki, birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır. Ölkə başçısı vurğuladı ki, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub. Bakının müxtəlif yerlərində Pakistan bayraqları dalğalanır. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük.
Mətbuata verdiyi bəyanatında Prezident cənab İlham Əliyev Azərbaycan və Pakistan arasında perspektiv əməkdaşlıq istiqamətlərinə də diqqət çəkdi. Bura ticarət və sərmayə, enerji, təhsil, müdafiə sənayesi kimi kimi sahələr daxildir. Ölkələrimiz arasında enerji, eləcə də təhsil sahəsində əməkdaşlığın da böyük potensialı var.
Ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanatında Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də bir sıra önəmli mesajlar səsləndirdi. Azərbaycan-Pakistan əməkdaşlıq əlaqələrində qarşılıqlı anlaşmanın hökm sürdüyünü, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə mövqelərimizin üst-üstə düşdüyünü bildirən Baş nazir Məhəmməd Şahbaz Şərif münasibətlərin qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulduğunu diqqətə çatdırdı.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilaının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

