Azərbaycanın diplomatik qalibiyyətindən Ermənistan hökuməti nəticə çıxarmalıdır
22.08.2023 [15:39]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycan regionda təhlükəsizlik, əməkdaşlıq, rifahın təmin edilməsi təşəbbüsləri ilə daim çıxış edib. 44 günlük Vətən müharibəsi Azərbaycanın böyük zəfəri ilə başa çatdırdıqdan dərhal sonra da məğlub Ermənistana iki ölkə arasında münasibətlərin normallaşdırılması təklif edilib. Təssüflər olsun ki, illərlərlə düşmən tapdağı altında qalan torpaqlarımız azad edildikdən keçən üç il ərzində revanşist fikirlərindən hələ də əl çəkməyən Ermənistan hökuməti sülh danışıqlarına ciddi yanaşmadı. Özlərini köməyə ehtiyacı olan məzlumlar kimi təqdim edən, sülhə gedən yolda təxribatlar yaradan erməni faşistləri, onların havadarları sülh istiqamətində gedən prosesləri yubadır, hər cür təxribatlara əl atırlar. Döyüş meydanında aldığı sarsıdıcı zərbələr, siyasi masalardakı ard-arda uğursuzluqlar erməni vandallarının, onların havadarlarının rahatlığını əməlli-başlı pozdu.
BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023-cü il tarixində növbədənkənar iclasında Ermənistanın guya Qarabağda “humanitar böhran”, aclıq, blokada və s. şəraitində yaşamasınından danışılıb. Beynəlxalq aləmdə sülhü və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək üçün yaradılan BMT Təhlükəsizlik Şurası vaxtilə erməni silahlı birləşmələrinin tam, qeyri-şərtsiz və dərhal Azərbaycan ərazilərindən çıxarılması üçün qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələri illərlə kağız üzərində qaldı. Qalib ölkəmiz, Azərbaycan Ordusu bu qətnamələri öz gücünə yerinə yetirdi. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll etdi.
BMT Təhlükəsizlik Şurasının tribunasından məğlubiyyəti ilə barışa bilməyən Ermənistanın ölkəmizə qarşı təbliğ etdiyi “blokada” və ya “humanitar böhran” ilə bağlı bütün əsassız iddiaları ilə dolu qarayaxma maşını işə düşüb. Əslində, ermənilərin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli, çirkin siyasi kampaniyalara heç kim inanmır. Artıq dünyadəfələrlə ermənilərin vandallığının, qanunsuz əməllərinin şahidi oldu. Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan hökuməti hələ də ümid edirlər ki, məkrli planlarını həyata keçirə bilərlər.
Ermənistan hökuməti 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun “dəmir yumruq” əməliyyatını unudurlar. Məkrli niyyətlərini beynəlxalq aləmə "humanitar böhran", "blokada" şousu kimi sırımağa çalışan rəsmi İrəvanın son planı da iflasa uğradı.
Öz sərhədlərini, dövlət təhlükəsizliyini tam şəkildə müdafiə edən müstəqil, suveren Azərbaycan dünya siyasətçilərinin gözləri qarşısında BMT tribunasından ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı təxribat xarakterli və beynəlxalq hüquq normalarına, üçtərəfli Bəyanata zidd siyasi kampaniya bir daha ifşa edildi. BMT-nin Təhlükəsizlik Şurasında səsləndirilən fikirlər və nümayiş etdirilən konkret mövqe Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlıq olduğunu açıq-aydın göstərdi.
44 günlük Vətən müharibəsində “Dəmir Yumruq”dan aldığı zərbədən nəticə çıxarmayan rəsmi İrəvan yaxşı olardı ki, ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, kommunikasiyaların bərpası və sülh müqaviləsinin imzalanması məsələsində konstruktiv mövqe sərgiləsin. Separatizmə dəstək verən bəzi güc mərkəzlərinin dəstəyinə ümid olan Ermənistan hökuməti reallıqlardan, Azərbaycanın diplomatik qalibiyyətindən nəticə çıxarmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

