Qardaşlıq əlaqələrinin önəmli amili
25.08.2023 [11:49]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik və xarici siyasət kursu 2003-2022-ci illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir və bu istiqamətdə əldə olunan uğurlar Ulu öndəin dövlətçilik strategiyasının məntiqi nəticələridir.
Azərbaycan region və dünya ölkələri ilə hər zaman dostluq, tərəfdaşlıq prinsipləri əsasında əlaqələr qurmaqdadır. Bu gün Azərbaycanın siyasi kursu dünya ölkələri üçün nümunəvi model kimi qiymətləndirilir. Çünki ölkə Prezidenti cənab İlham Əliyevin həm daxili, həm də xarici siyasət strategiyası sülh və qarşılıqlı tərəfdaşlıq prizmalarına əsaslanır. Azərbaycan müasir Beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi dünyanın siyasi arenasında özünəməxsus çəkiyə malik olan bir ölkədir və öz milli maraqlarına uyğun olaraq Beynəlxalq siyasi arenaya uğurla inteqrasiya etməkdədir.
Bu gün Azərbaycan regionda, Cənubi Qafqazda, Mərkəzi və Orta Asiya ölkələri ilə siyasi, iqtisadi və bir çox sahələr üzrə əməkdaşlıq əlaqələrinə malikdir.
Məlum olduğu kimi Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin cari ilin 22 avqust tarixində Azərbaycan Respublikasına dövlət səfəri və səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda səsləndirdiyi fikirlər iki ölkə arasında mövcut olan birgə əməkdaşlıq və dostluq əlaqələrinin göstəricilərindən biridir. Səfər çərçivəsində səmərəli görüşlər təşkil olundu və bu görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi.
Ümumilikdə Azərbaycan və Özbək xalqlarının dostluğu qədim tarixi köklərə bağlıdır. Beləki bu iki qardaş və dost xalqların türk mənşəli olması əsas amillərdən biridir. Eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edib.
Qeyd etmək lazımdır ki, Azərbaycan-Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub və Ulu Öndər Heydər Əliyevin uğurlu diplomatiyası sayəsində bu iki ölkə arasındakı münasibətlər sonrakı mərhələlərdə yüksələn xətt üzrə inkişaf etdirilmişdir.
Prezident cənab İlham Əliyevin hakimiyyəti dövründə isə bu münasibətlər çoxşaxəli əməkdaşlıq prinsipləri əsasında uğurla davam etdirilmişdir.
Xüsusilə vurğulamaq lazımdır ki, 22 avqust tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri iki qardaş ölkənin əməkdaşlığına mühüm töhfələr verdi və Azərbaycan - Özbəkistan strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirdi.
Qürurverici məqamlardan biri də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Qarabağa səfəri idi. Qarabağa səfəri zamanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan azad olunmuş Füzulidə məktəb binasının açılışında hər iki dövlət başçılarının və birinci xanımların iştirakı isə böyük simvolik əhəmiyyət kəsb edir. Bütün bu amillər iki ölkə arasında qardaşlıq və həmrəyliyin bariz nümunəsidir.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

