Bu gün tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayırıq
01.09.2023 [12:23]
Bu gün tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayırıq. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dünyanın diqqətindədir. Azərbaycan təqdim etdiyi dirçəliş modeli ilə həm iqtisadi və maliyyə imkanlarının genişliyini, həm də bu torpaqların əsl sahibinin məhz biz olduğunuzu nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-26 tarixlərində Kəlbəcər və Laçın rayonlarında oldular. Müzəffər Ali Baş Komandan İlham Əliyev “Laçın Şəhəri Günü” bayram tədbirində bu məqamları xatırlatdı ki, 50 yaşım tamam olanda laçınlılarla Qarabağda, Qarabağın Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində görüşdüm. Həmin görüşdə keçmiş məcburi köçkünlərə bu vəd verildi: “Dövlət sizi daha yaxşı şəraitlə təmin edir, ancaq torpaqlarımız azad olunandan sonra sizin üçün Laçında daha gözəl şərait yaradacağıq.”
Belə də oldu. Cənab İlham Əliyev onu da qeyd etdi ki, 60 yaşını Şuşada qeyd edib. Laçın Şəhəri Günündə də laçınlılarla birlikdə bu bayram tədbirlərində iştirak edir: “Bu böyük xoşbəxtlikdir, mənim üçün, sizin üçün, hər birimiz üçün. Biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük.”
Azad edilmiş bütün ərazilərdə geniş quruculuq işləri aparılır. Bu, bir daha onu göstərir ki, biz- torpaqların sahibləri qurub-yaratmaq üçün gəlmişik. Mənfur düşmən 30 il şəhər və kəndlərimizi dağıdıb, viran qoyub. Azərbaycan tarixi Zəfərimizdən ötən 3 ilə yaxın dövrdə artıq keçmiş köçkünlərin birinci qrupunu Ağalı, Talış kəndlərinə yerləşdirib. Üçüncü yaşayış yeri Laçın şəhəri oldu. 28 May-Müstəqillik Günündə laçınlıların Laçın şəhərinə ilk mərhələdə qayıdışı başladı. Dövlət başçısı Laçın şəhərinə qayıdan əhali ilə görüşüb onlara açarları təqdim edərkən bildirmişdir ki, bu ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək. Artıq bu vədə uyğun olaraq avqustun 25-də 20 ailə Zabux kəndinə qayıtdı.
Keçmiş məcburi köçkünlərin öz dogma yurd-yuvalarına qayıdışı hər birimizi qürurlandırır. Xalqımız 30 il torpaq həsrəti ilə yaşasa da, heç zaman ümidini itirmədi. Daim bu inam ifadə edilirdi ki, dövləimizin uğurlu siyasəti, qətiyyəti nəticəsində torpaqlarımız tarixi sahibinə qayıdacaq, bu ərazilərdə yeni həyat başlayacaq. Təbii ki, Laçın şəhərinin siması bir daha qurub-yaradan xalq, ən əsası bu torpaqların sahibinin biz olduğumuzu bir daha nümayiş etdirir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri zamanı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırır. Laçın şəhərindən ünvanlanan mesajlar da qarşı tərəfə ciddi düşünmək üçün çağırışdır. Belə ki, 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edən dövlət başçısı bildirdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu İkinci Qarabağ müharibəsi dövründə 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki ölkəmizə qarşı aparılan kampaniya, çirkin təbliğat iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz: “Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq.” Cənab İlham Əliyev aprelin 23-də Laçın rayonunda sərhəd-buraxılış məntəqəsinin yaradılmasına diqqəti yönəldərək bir daha bildirdi ki, atılan bu addım beynəlxalq hüquqa əsaslanır. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir.
Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. Prezident İlham Əliyev hər zaman bu mühüm məqamı diqqətə çatdırır ki, Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaq.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

