Şanlı Azərbaycan Ordusu düşmənin bütün təxribatlarının qarşısını almağa qadirdir
12.09.2023 [13:09]
Təxminən 3 il bundan öncə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarix yazdı. 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuran Azərbaycan XXI əsrdə Zəfər paradı keçirən ilk ölkə oldu. Zəfər paradı ölkəmizin gücünü, rəşadətli Ordumuzun qüdrətini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. “Dəmir yumruq” əməliyyatı adı ilə qalib sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində qazandığımız şanlı Qələbə xalqımızın qəhrəmanlıq əzminin də əyani təsdiqidir. Şanlı Qələbədən sonra Ordumuzun peşəkarlığının və döyüş qabiliyyətinin daha da yüksəldilməsi istiqamətində qətiyyətli addımlar atıldı, xüsusilə işğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələr yaradıldı.
Hamıya məlumdur ki, dövlət müstəqilliyinin qorunması bilavasitə ordunun gücündən asılıdır. Ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Azərbaycanın Cənubi Qafqazın ən qüdrətli ordusuna malik olduğunu yalnız yerli deyil, xarici mütəxəssislər də təsdiq edirlər.
Onu da qeyd etmək yerinə düşər ki, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın hərbi qüdrətinin bundan sonra da artırılacağını, ölkəmizin ərazi bütövlüyünün qorunması üçün bütün zəruri tədbirlərin görüldüyünü və görüləcəyini söyləyib. Müdafiə Nazirliyinin tərkibində Komando briqadasının yaradılması da belə tədbirlərdəndir. Dövlət başçısı 2021-ci il dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri zamanı Komando briqadasına döyüş bayrağının təqdim edilməsi mərasimində bildirib: “Müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Bax, bu gün Hadrutda bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq”.
Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi istiqamətində görülən və görüləcək tədbirlərdən danışarkən dövlət başçısı deyib ki, komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Komando qüvvələrinin sayı daha da artırlır, onların təchizatı ən yüksək səviyyədə təmin edilir. Sərhəd Xidmətinin xüsusi təyinatlılarının, dəniz piyadalarının da sayı artırılıb, Daxili Qoşunların, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılıb. Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayı da artıb. Çünki bizə Ermənistanla sərhəd boyu ərazilərdə çevik, müstəqil şəkildə fəaliyyət göstərə, hər bir şəraitdə döyüş tapşırığını yerinə yetirə bilən peşəkar hərbçilər lazımdır.
Rəşadətli Azərbaycan Ordusunun əsasını qoyan, ordu quruculuğu sahəsində böyük işlər görən xalqımızın Ümummilli Lideri Heydər Əliyev də ordu gəncləri ilə görüşlərində daim bildirirdi ki, əsgərin, döyüşçünün gücü onun vətənpərvərliyindədir, düşmən üzərində zəfər qazanmağı qarşısına məqsəd qoyan əsgər Vətəninə, millətinə, dövlətinə sıx tellərlə bağlı olmalıdır. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunda əsgər və zabitlərin yüksək vətənpərvərlik hissinə malik olduğunu göstərdi.
Ədalətlə apardığımız müharibə Qələbəmizlə bitdi. Bütün dünyada haqqın, ədalətin tərəfdarları Zəfərimizə bizimlə birgə sevindilər. Amma işğalçıların acı məğlubiyyətindən narahat olan qüvvələr müharibədən sonra Ermənistandakı bəzi revanşist qüvvələrə dəstəyini ifadə etdilər. Həmin qüvvələr bu gün də rəşadətli Ordumuza qarşı təxribatlar törədirlər. Təbii ki, belə təxribatların qarşısı dərhal alınır və Azərbaycan Ordusundan növbəti sarsıdıcı zərbəni alan düşmən döyüş meydanından qaçmağa məcbur olur. Ona görə ki, torpaqlarımızı işğaldan azad edən mərd oğullarımız bu gün də mənfur düşmənlə qəhrəmancasına mübarizə aparırlar. Bir sözlə, Şanlı Azərbaycan Ordusu düşmənin bütün təxribatlarının qarşısını almağa qadirdir.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35

