Ermənilər məsuliyyətlə düşünsələr...
20.09.2023 [11:15]
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün ilk növbədə müharibə başa çatdıqdan sonra əldə olunmuş razılaşmaları səmimiyyətlə həyata keçirmək, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmək lazım idi. Lakin bu günə qədər Ermənistanın silahlı qüvvələri Qarabağ ərazisində qalmaqda davam edir və bu günə qədər Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan heç bir əməli addım atmayıb. Digər tərəfdən, iki ölkə arasında sülh müqaviləsi imzalanmalıdır. Sülh müqaviləsinin şərtləri Azərbaycan tərəfindən təqdim edilib və Ermənistan tərəfindən də qəbul olunub. Lakin Ermənistan hakimiyyəti sözdə sülh tərəfdarı kimi çıxış etsə də əməlləri tamamilə sülhün əleyhinədir.
Üstəlik hələ də Ermənistan öz ordusunu Azərbaycandan çıxarmır, bölgəyə gizli yollarla silah-sursat daşımaqda davam edir. Son dövrdə isə döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Bu təhlükə mənbəyinin ləğv edilməsi isə Azərbaycanın dövlət kimi bir nömrəli vəzifəsdir.
Ona görə də başlanan antiterror əməliyyatı zəruri idi.
Lakin ermənilərdən fərqli olaraq əməliyyata başlayan Azərbaycan Ordusu ancaq və ancaq legitim ghərbi hədəflərə atəş açır, mülki əhalinin və obyektlərin qorunması üçün bütün vasitələrdən istifadə olunur.
Bu məqsədlə humanitar dəhliz və qəbul məntəqəsi yaradılıb, qocaların, uşaqların və mülki əhali kateqoriyasına daxil olanların su. ərzaq və lazımi vasitələrlə təmin olunması üçün tədbirlər görülür.
Məlum olduğu kimi, torpaqlarımızın işğal altında qaldığı 30 il ərzində Azərbaycan bu münaqişənin həllinə nail olmaq üçün milli maraqlarımıza uyğun olmayan heç bir şərti qəbul etmədi və sonda münaqişəni öz gücümüzə həll etdik. Bununla da Azərbaycan beynəlxalq siyasətdə münaqişələr həllinin yeni bir presedentini yaratmış oldu. Dünyaya ağalıq etmək iddiasında olan dövlətlər bunu necə qəbul edə bilərlər. Bu kimi həll yolları onların neo-imperialist maraqlarına cavab vermir. Bütün bunları göz önünə gətirəndə Azərbaycan dövlətinin və onun siyasi rəhbərliyinin hansı cəsarətə və qətiyyətə sahib olduğunu və münaqişənin həlli üçün hansı risklərə getdiyini təxmin etmək heç də çətin deyil. Düşünürəm ki, bunu Ermənistan siyasi hakimiyyəti də anlamalı və düzgün nəticə çıxarmalıdır. Cənubi Qafqaza göz dikən böyük güclərə arxayın olub sonda əliboş qalmaq əvəzinə qonşu dövlətlərlə, ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətlərini qaydaya salmaqla bölgənin potensial imkanlarından faydalanmağa çalışmalıdır.Bunun üçün ilk növbədə bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.
44 günlük Vətən müharibəsində olduğu kimi ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunub. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etmişlər.Bu da onu göstərir ki. azərbaycan xalqı dövləti ilə həmrəydir və hər hansı güzəştə yer yoxdur.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25

