Siyasi mədəniyyətdən uzaq...
22.09.2023 [15:49]
Kamil Qurbanlı
YAP Biləsuvar rayon təşkilatının sədri
Köhnə ənənəsinə sadiq qalan radikal müxalifət partiyalarının bütün digər hadisə və proseslərdə, qərarların qəbulu məsələlərində olduğu kimi “Siyasi partiyalar haqqında” Qanunun qəbulu, onun icra mexanizmi, bu qanunun cəmiyyətimizə və dövlətimizə verəcəyi töhfələr barədə etiraflar etmək əvəzinə, ittihamlar səsləndirmələrinin nə qədər əhəmiyyətsiz yanaşama olduğu bir daha öz təsdiqini tapdı.
Radikalların öz fantaziyalarına uyğun olaraq saxta, qərəzli ittihamlarla çıxış etmələri onu sübut etdi ki, onlar nəinki digər sahələrdə, hətta özlərinin “məşğul” olduqları siyasi fəaliyyət sahəsində də yeniliklərin olmasını, dünyanın müasir çağırışların cavab verən təkmil siyasi fəaliyyətin, ölkədə daha nizamlı, şəffaf siyasi münasibətlərin formalaşmasının əleyhinədirlər. Əslində, bu yanaşma təsadüfi deyildi. Uzun illərdir eyni, təkrarlanan, bütün yeniliklərə qapalı çərçivədən münasibət sərgiləyən radikal müxalifətdən fərqli yanaşmanı gözləmək sadəlövlük olardı. “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq 5 min nəfər üzvün reyestr məlumatlarını doğru-dürüst tərtib edə bilməyən, qanunda nəzərdə tutulan aidiyyəti icra hakimiyyəti orqanına təqdim etdiyi üzvlər siyahısına vətəndaşların özlərinin belə xəbəri olmadan adlarının qeyd olunması bunların primitiv bir işin, sadə hüquqi prosedurun öhdəsindən gələ bilmədiklərinin əyani göstəricisidir. Belə olan halda “boğulan adamın saman çöpündən yapışdığı kimi” radikal müxalifətdə 5 min nəfərin imzasını toplamaqda ciddi çətinliklər çəkdiyindən gah günahkar axtarır, gah qanunun ölkədə “təkpartiyalı” sistemin formalaşmasına hesablandığını deyir, gah da özlərinin “kirəcləşmiş” fəaliyyətlərinin səbəblərini və səbəbkarlarını mövcud siyasi mühitlə əlaqələndirirdilər. Lakin yekunda məhz ölkəmizdəki yeni, müasir siyasi münasibətlərin, bu münasibətlər sistemindəki yeni konfiqurasiyanın, eləcə də “Siyasi partiyalar haqqında” Qanunun yaratdığı üstün siyasi fəaliyyət imkanlarından bəhrələnərək müvafiq ali icra orqanı tərəfindən qeydiyyata alındılar. Başqa sözlə dövlətimizin və cəmiyyətimizin siyasi həyatında iştirak üçün “vəsiqə” əldə etdilər. Buna baxmayaraq partiyalarının rəsmi qeydiyyatı ilə bağlı sərgilədikləri münasibətin primitiv, əsassız və korafəhm olduğu üçün üzrxahlıq etmək əvəzinə susqunluq nümayiş etdirməyə üstünlük verdilər. Çünki yeni qanunun qəbuluna göstərdikləri münasibətlə özləri-özlərini ifşa etdilər. Siyasi mədəniyyət nümayiş etdirərək etiraflar etməyi bacarmadılar.
Uzun müddət yeni qanunun qəbulunun məhz onların fəaliyyətinin sonlandırılmasına hesablandığını, qanunun qəbuluna, sonrakı mərhələdə onun icra mexanizminə etiraz olaraq müxtəlif “oyunlara” əl atacaqlarını hər gün ifadə edən radikal müxalifət partiyalarının cəsarəti çatmadı ki, səhv düşündüklərini, ölkəmizdə cərəyan edən hadisə və proselərə qərəzli yanaşdıqlarını, hakimiyyətə gəlmək hərisliyinin onları nə qədər cılız düşüncə sahibləri etdiyini etiraf etsinlər. Ölkə iqtidarı siyasi partiyaların üzvlərinin reyestrini təsdiq etməklə sivil, demokratik münasibətlərin qurulması, qanunun aliliyinin təmin olunması sahəsində öz prinsipial mövqeyinə necə sadiq olduğunu əməldə bir daha sübut etdi.
Xəbər lenti
Hamısına baxSiyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32

