Qarabağda ordumuz qarşısına qoyduğu vəzifələri uğurla icra etdi
22.09.2023 [18:19]
2020-ci ilin 27 sentyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın müxtəlif vaxtlarda və istiqamətlərdə, eləcə də həmin gün bütün cəbhəboyu ərazilərimizdə başlatdığı hərbi təxribatlarına qarşı həyata keçirilən əks-hücumu əməliyyatı nəticəsində tarixi zəfər qazandıq. Bu qalibiyyət dövlətimizin və xalqımızın yenilməzlik, məğrurluq, qəhrəmanlıq salnaməsi olmaqla yanaşı, 30 ilə yaxın müddətdə erməni işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası idi. Bütün dünya azərbaycanlıları, eləcə Azərbaycana dost, qardaş dövlət və millətləri sevindirən bu zəfər müasir tariximizin ən unudulmaz səhifəsinə çevrildi. Bu gün dövlət başçıssı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaəti sonsuz qürur hissi ilə xatırlayırıq. Vətən müharibəsindəki qələbəmizdən sonra məhv edilmiş, dizi üstə çökdürülmüş Ermənistan silahlı qüvvələri təslim olaraq, öz acizliyini etiraf etmiş və 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur. Bu üçtərəfli sənədin imzalanması Azərbaycanın qalibiyyətini sübut etməklə yanaşı, həmçinin Ermənistanın biyabırçı və utancverici acı məğlubiyyətinin isbatı idi.
Qeyd etmək lazımdır ki, bu bəyannamənin imzalanması ilə işğalçı Ermənistan öz üzərinə bir sıra öhdəliklər götürdü. Təəssüflər olsun ki, postmüharibə dövrününü davam etdiyi 3 il ərzində Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə yanaşı, müxtəlif vaxtlarda atəşkəs rejimini kobud şəkildə pozaraq, xalqımıza qarşı təxribatlarını davam etdirdi. Ermənistandakı şovinist, revanşist qüvvələr baş qaldıraraq ölkəmizə və ərazi bütövlüyümüzə qarşı siyasi və hərbi təxribatları özündə əks etdirən sərsəm bəyanatlarla özlərinin əsl mahiyyətlərini bir daha ortaya qoymuş oldular. Mina terrorunun hələ də davam etməsi, postmüharibə dövründə 300 nəfər azərbaycanlının bu terrorun qurbanı olması, Azərbaycana təhvil verilən mina xərtitələrinin sadəcə 25 faizinin uyğunluğu, hazırkı dövrdə 2021-ci il Ermənistan istehsalı olan minaların torpaqlarımızda basdırılması erməni xislətinin, onun mənfur niyyət və əməllərinin bariz nümunəsidir. Görünür istər Vətən müharibəsindəki məğlubiyyəti, istərsə də 10 noyabr kapitulyasiya aktı onlara dərs olmayıb. Ermənistanın təxribatlarına qarşı Azərbaycan hər zaman qətiyyətli mövqe nümayiş etdirib. İstər qarşı tərəflə təmaslar zamanı, istərsə də müxtəlif beynəlxalq tribunalardan baş verənlərə son qoyulması haqqında xəbərdarlıqlar edilib. Lakin Ermənistan bu xəbərdarlıqlardan nəticə çıxarmayaraq daha da azğınlaşaraq ölkəmizə hücumlarını və təhdidlərini davam etdirib.
Bu təxribat və təhdidlərə cavab olaraq Azərbaycan Ordusunun bu ilin sentybarın 20-də başlatdığı antiterror tədbirləri zamanı ölkəmizin Qarabağ bölgəsində yerləşmiş qanunsuz erməni silahlı birləşmələri yenidən ağır məğlubiyyətə uğradılaraq təslim olmağa vadar edilmişdir. Beləliklə, beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə erməni silahlı qüvvələri təslim olduqlarını bildirmiş və Azərbaycanın irəli sürdüyü təklifləri qəbul etdiyini açıqlamışdır. Dünən Yevlax şəhərində Azərbaycan tərəfinin və Qarabağdakı erməni icmasının nümayəndələri arasında baş tutan görüş bu məğlubiyyətin nəticəsi idi. Beləliklə, qanunsuz erməni silahlı birləşmələri Qarabağ tərk edəcəyini, tərkisilah olacaqlarını, bütün silah, hərbi texnika və sursatlarını təhvil verəcəklərini öhdələrinə götürüblər. Yalnız bundan sonra antiterror tədbirləri dayandırılıb.
Cəmi bir gün ərzində lokal xarakterli antiterror tədbirləri ilə ordumuz qarşısına qoyulan vəzifələri uğurla yerinə yetirərək Azərbaycanın suverenliyini bərpa etdi.
Hər birimiz müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla ordumuzla, zabit və əsgərlərimizlə fəxr edirik. Ordumuzun qəhrəmanlığı bütün dünya üçün əsl nümunədir. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzu edirik.
Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatınınm sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10

