Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir
29.09.2023 [11:43]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Azərbaycan-Türkiyə münasibətləri tarixi və milli köklərə bağlıdır. Eyni soykökə, eyni dilə, eyni dinə malik bu iki qardaş xalq tarixin çətin və keçməkeşli günlərində belə hər zaman biri birlərinə dəstək olmuşlar. Bizi bir birimizə bağlayan bu amillər zaman keçdikcə milli birliyimizi, həmrəyliyimizi daha da artırmış və parlaq gələcək naminə birgə addımlamağa böyük zəmin yaratmışdır. Azərbaycanın dövlət müstəqilliyini qazanmasından sonra iki ölkə arasında ortaq tarixi və mədəni əlaqələr əsasında çoxistiqamətli həmrəylik çərçivəsində Türkiyə-Azərbaycan münasibətləri sürətlə inkişaf edərək bir tərəfdaşlıq səviyyəsinə çatıb. Türkiyə Azərbaycanı regionda çox əhəmiyyətli bir strateji tərəfdaş olaraq görür və müxtəlif sahələrdə möhkəm təməllərə əsaslanan əhatəli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səy göstərir.Bu gün bütün sahələrdə olduğu kimi hərbi əməkdaşlıq istiqamətində Azərbaycan və Türkiyə böyük uğurlara imza atmaqdadır. Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir.
Cari ilin sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri mühüm tarixi əhəmiyyət kəsb edirdi. Qeyd edək ki, səfərin proqramı iki qardaş ölkə arasında əməkdaşlığın, əlaqələrin və bölgədə yeni yaranmış reallığın mahiyyətindən xəbər verirdi. Xüsusilə vurğulamaq lazımdır ki, Türkiyə Prezidentinin Naxçıvana olan bu tarixi səfəri Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror əməliyyatlarından sonraya təsadüf etdi və bu səfər bir daha Türkiyənin hər zaman Azərbaycan dövlətinin yanında olduğunu bir daha dünyaya sübut etmiş oldu.
Bu gün Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik, tərəfdaşlıq sağlam dostluq və qardaşlıq münasibətləri üzərində qurulmuşdur. Məhz bu sağlam və sarsılmaz dosluq, qardaşlıq münasibətlərinin məntiqi nəticəsi kimi 15 iyun 2021-ci il tarixdə Şuşa şəhərində tarixi Şuşa Bəyannaməsi imzalandı.
Prezident cənab İlham Əliyev və Prezident cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi hər iki ölkənin sarsılmaz dosluq və qardaşlıq münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini özündə ehtifa etmişdir.
Bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətt üzrə uğurla davam və inkişaf etməkdədir, bu qardaşlıq münasibətləri regionda və Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas, başlıca təminatçısıdır.
Hər iki ölkənin ümummilli maraqlarının qorunmasında xüsus əhəmiyyət kəsb edən, eləcə də regional və beynəlxalq strateji məsələlərdə birgə fəaliyyətlərinin qurulmasına istiqamətlənən Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin başçılığı altında regionda yeni reallıqların, sülhün və təhlükəsizliyin təməlini təşkil edir.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49

