Ulu Öndərin xarici siyasət kursu
12.10.2023 [12:35]
Ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ kimi böyük bir imperiyanın dağılması nəticəsində yeni müstəqil dövlətlərin yaranması prosesi başlamışdı. Azərbaycan da 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdi. Dövlət müstəqilliyinin bərpasından sonra dünyanın bir çox dövlətləri qısa zamanda Azərbaycan Respublikasını tanımağa başladı. Yeni yaranmış müstəqil dövlət kimi Azərbaycan Respublikası bir çox beynəlxalq və regional təşkilatlara daxil olaraq, həmin qurumlarla və eyni zamanda dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqə və münasibətlər yaratmağa başlamışdı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdandan sonra respublikanın xarici siyasətində yer tutan özünütəcrid xəttinin tamamilə yolverilməz və milli maraqlara zidd olduğunu vurğulayırdı.
Azərbaycanın bütün dövlətlərlə bərabərhüquqlu əlaqələri olmalıdır, deyən Ulu Öndər Heydər Əliyev özünütəcrid xəttinin acı nəticəsi kimi dünyanın Azərbaycanı tanımamasını, problemlərimizi bilməməsini, haqq səsimizi eşitməməsini göstərir və belə siyasəti “özümüzün özümüzə vurduğumuz zərbə” adlandırırdı. Ölkənin mənafelərini qorumaq istiqamətində hərtərəfli ölçülüb-biçilmiş addımların atılmasının vacibliyini vurğulayan ulu öndər Azərbaycanın mənafelərini hər məsələdən uca tutaraq müxtəlif dövlətlərə yönəlik çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri, ABŞ, Rusiya, Türkiyə, İran, türkdilli dövlətlər, müsəlman dünyası, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı.
Dünyanın ən nüfuzlu və universal təşkilatı olmasını nəzərə alaraq Ulu Öndər Heydər Əliyev BMT-Azərbaycan əlaqələrinə xüsusi önəm verirdi. Elə bu uzaqgörən və ardıcıl siyasət nəticəsində BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar dörd qətnaməsinin qəbul olunmasından sonra həmin siyasətin nəticəsi kimi BMT Baş Assambleyasının 65-ci sessiyasında "İşğal olunmuş ərazilərdə vəziyyətə dair" məsələ müzakirə olunmuş və müvafiq qətnamə qəbul edilmişdi. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində Ulu Öndər Heydər Əliyev ölkəmizin milli maraqlarını və təhlükəsizliyini nəzərə alaraq, dünyanın böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasətə üstünlük verdi. Belə güc mərkəzləri kimi həmin dövrdə ABŞ, Avropa İttifaqı, Rusiya Federasiyası və Çin çıxış edirdi. Bu ölkələrin bəzilərinin BMT Təhlükəsizlik Şurasının üzvü olması faktını nəzərə alaraq, Ulu Öndər Heydər Əliyev onlarla daha yaxşı əlaqələrin qurulmasına çalışırdı. Ulu Öndər eyni zamanda, müstəqilliyin ilk illərində bəzi yaxın və uzaq ölkələrlə pozulmuş münasibətlərin yenidən qurulmasına çox böyük önəm verirdi.
Azərbaycan Respublikasının siyasi və hərbi təhlükəsizliyini təmin etmək məqsədilə Ulu Öndər Heydər Əliyev müasir dünyanın ən güclü və nüfuzlu hərbi-siyasi təşkilatı olan NATO ilə əməkdaşlığa da çox böyük üstünlük verirdi.
Bu məqsədlə 1994-cü ilin may ayının 4-də NATO-nun mənzil-qərargahının yerləşdiyi Brüssel şəhərinə səfər edərək, orada "Sülh Naminə Tərəfdaşlıq Proqramının" çərçivə sənədini imzalayıb. Sənədin imzalanmasından sonra Azərbaycan-NATO əlaqələrində dinamik inkişaf başlanıb, ölkəmizin təhlükəsizliyi ilə bağlı Alyansla daimi məsləhətləşmələr aparılıb, Azərbaycan ordusunda islahatların gerçəkləşdirilməsi və ordunun NATO standartlarına uyğunlaşdırılması həyata keçirilib. Bununla yanaşı, Azərbaycan ordusunun hissələri NATO-nun müxtəlif sülhyaratma əməliyyatlarında iştirak etməyə başladı.
Özünün xarici siyasət kursunda Ulu Öndər Heydər Əliyev ölkəmizin MDB, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı və digər qurumlarla əlaqə və münasibətlərin qurulmasına böyük əhəmiyyət verirdi.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 May 14:46
Gündəm
15 May 14:40
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33

