20 illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi
13.10.2023 [16:39]
13.10.2023-cü il tarixdə Samux rayonunda Prezident İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinə həsr edilmiş “20 illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” mövzusunda YAP Samux rayon təşkilatının və Samux rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sərkar kənd Uşaq Musiqi Məktəbinin akt zalında tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və müasir, müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözləri ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev qeyd etib ki,cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən etibarən bütün sahələrdə inkişafın təmin edilməsi üçün yerində, lazımi addımlar atmış, Azərbaycanı regionun lider dövlətinə çevirmək, onun beynəlxalq nüfuzunu artırmaq, dövlətimizi gücləndirmək və onu daha da qüdrətli etmək kimi vəzifələri həyata keçirməyə başlamışdır. Bu gün onun rəhbərliyi ilə ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutub.
Tədbirdə geniş məruzə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov vurğulayıb ki, Azərbaycanın müstəqillik dövrünün ən parlaq, möhtəşəm illəri kimi yaddaşlarda əbədi qalacaq bu son 20 ildə respublikamız bütün parametrlər baxımından Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəlib və öz müstəqilliyini inamla möhkəmləndirmişdir. Bu gün dünyadakı məlum gərginliklər fonunda ölkəmiz sabitlik və inkişaf adası kimi fərqlənir. Bütün bu uğurların təməlində isə xalqımızın yeni əsrdəki yeni Liderinin - İlham Əliyevin qətiyyətli mövqeyi, səyləri, Onun ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasət dayanır. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsərinə çevrilib.
Tədbirdə fəal partiya üzvləri Təhminə Əliyeva, Namiq Cəfərov və Gültəkin Qasımova çıxış edərək bildiriblər ki, Prezident Ilham Əliyev son 20 ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasətinə sonsuz sədaqət nümayiş etdirib, Onun ideyalarını yeni dövrün çağırışlarına uyğun daha da zənginləşdirib. Bu isə Azərbaycanın inkişafının təməlində dayanan əsas amildir.Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub. 2020-ci ildə Vətən müharibəsi şanlı Zəfərlə başa çatıb, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad edib, xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyub. 2023-cü ilin sentyabr ayının 19-da keçirilmiş antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi tam olaraq təmin edilib.
Tədbir Sərkar kənd Uşaq Musiqi Məktəbi kollektivinin ifasında konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50

