Pakistan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdəndir
17.10.2023 [12:22]
Azərbaycan Respublikasının xarici siyasətində Türkiyə Cümhuriyyəti kimi Pakistan İslam Respublikasının da xüsusi yeri və əhəmiyyəti vardır. Qardaşlıq telləri ilə bir-birinə sıx bağlanan xalqlarımızın və dövlətlərimizin həmrəyliyi və birliyi tarixin sınaqlarından çıxmışdır. Bu birlik günümüzün yüksək təqdirəlayiq gerçəkliyi və gələcək qarşılıqlı əlaqələrimizin daha da genişlənməsinin etibarlı təminatıdır. Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 12 dekabr 1991-ci ildə tanıyaraq bu addımı atan ilk dövlətlər sırasındadır. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci il tarixində yaradılmış, 1993-cü il martın 12-də isə Pakistanın Azərbaycanda səfirliyi açılmışdır. 1991-ci ilin dekabr ayında Pakistanın iqtisadi işlər üzrə Dövlət katibi Sərdar Asif Əhməd Əlinin başçılığı ilə rəsmi nümayəndə heyəti Bakıda ilk dəfə səfərdə olmuş və həmin səfər zamanı ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) qəbul edilməsi məsələsi müzakirə edilmişdir. 30 aprel 1993-cü il tarixində Pakistanın sədrliyi ilə BMT TŞ-nin erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən ilk – 822 saylı qətnaməsi qəbul edildi. Bundan sonra bütün regional və beynəlxalq forumlarda Dağlıq Qarabağ məsələsində Pakistan Azərbaycanın haqlı mövqeyini həmişə birmənalı şəkildə dəstəkləmişdir. Pakistan həmçinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində doğma torpaqlarından, yurd-yuvalarından qaçqın düşmüş insanlara dəfələrlə humanitar yardım etmişdir. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının prezidenti seçiləndən sonra ölkəmizin xarici siyasətində Pakistanla dostluq münasibətlərinin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verirdi.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı ilə tarixi keçmişində, adət-ənənələrində çox bənzərlik olan, eyni dini mənsubiyyətə malik Pakistan xalqına hörmətini də hər fürsətdə ifadə edirdi: “Bu gün Pakistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və sıx əməkdaşlıq əlaqələri mövcuddur... Pakistan, Pakistan xalqı bizim üçün dost və qardaş ölkə, xalqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edən kimi Pakistan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdəndir”. - Pakistan İslam Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri təyin olunmuş Faiz Məhəmməd Xosonun etimadnaməsini qəbul edərkən nitqindən (23 avqust 2001-ci il).
Pakistan və Azərbaycan arasındakı siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri üzrə əməkdaşlıq sıxlaşdırıldı. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə oldu. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, “Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə” bağlandı. Həmin zəfər zamanı Pakistan Prezidenti Fərrux Əhməd xan Leqari ilə Azərbaycan Milli Məclisi üzvlərinin görüşündə ulu öndər Heydər Əliyev geniş çıxış edərək Azərbaycan və Pakistan xalqlarının bənzər tarxi keçmişlərinin olduğunu deyib: “Pakistan xalqı ilə Azərbaycan xalqının tarixi keçmişində, adət-ənənələrində çox bənzərlik var və bizim bir dinə mənsub olmağımız xalqlarımızı daim bir-birinə yaxın edib. Bu gün bunların əsasında Pakistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və sıx əməkdaşlıq əlaqələri mövcuddur”.
9 aprel 1996-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə oldu. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə bir sıra sənədlər imzalanıb. Ulu öndər Heydər Əliyev bildirirdi ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. Bütün bunlar Azərbaycanla Pakistanın ikitərəfli münasibətlərinin dərin tarixi köklərinin olmasından irəli gəlir. Çünki hər iki xalq bir-birinə qarşılıqlı hörməti bəsləyir və eyni dəyərlərə malikdir. Pakistan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə yaradılıb. Azərbaycana ən yaxın və dost ölkələrdən biri olan Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl olaraq müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. Məhz bu güclü əlaqələrin nəticəsidir ki, 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycana öz dəstəyini göstərdi. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini hər zaman dəstəkləyən Pakistan Vətən müharibəsi dövründən də Azərbaycanın yanında oldu. Hələ 2016-cı ildə qələbə qazandığımız Aprel döyüşləri zamanı qardaş ölkənin rəsmiləri Azərbaycana dəstək ifadə edən bəyanat yaymışdılar.
Pakistan dünyanın və xüsusən Asiyanın böyük və qüdrətli ölkələrindən biridir. Pakistan ilə Azərbaycan arasında bilavasitəəməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlarda da əməkdaşlığımız çox uğurludur. Bizim rastlaşdığımız problemlər də bir-birinə oxşardır. Sizdə Kəşmir problemi, Azərbaycanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi problemi vardır. Siz də, biz də bu məsələləri həll etməyə çalışırıq. Ölkələrimizin ərazi bütövlüyünü bərpa etmək istəyirik. Mən məmnunam ki, bu sahədə biz çox sıx əməkdaşlıq edirik. Birləşmiş Millətlər Təşkilatında bu barədə eyni fikirdəyik. Azərbaycan Pakistanın Kəşmirləəlaqədar problemlərində həmişə Pakistan tərəfindədir. Təşəkkür hissi ilə bildirmək istəyirəm ki, Pakistan da bütün beynəlxalq təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatında, onun Təhlükəsizlik Şurasında Azərbaycan ilə Ermənistan arasında olan münaqişədə Azərbaycanın tərəfindədir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25

