Zəfər partiyamız 31 illik tarixi yolda
21.11.2023 [15:14]
Azərbaycan xalqının Memarı və Qurucusu, Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və milli inkişaf konsepsiyası əsasında fəaliyyət göstərən YAP müstəqil dövlətimizin qurulması və möhkəmlənməsi, sosial-iqtisadi inkişafın təmin olunmasına istiqamətlənən misilsiz xidmətlərlə zirvələrə yol açdı. Azərbaycan tarixinin ictimai-siyasi vəziyyətinin çətin və gərgin zamanında, xaos və anarxiyanın hökm sürdüyü, dövlətçiliyin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda yaradılan və ölkəmizin müqəddəratında mühüm rol oynayan Yeni Azərbaycan Partiyası müstəqillik tariximizdə yeni səhifə oldu. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Əgər o vaxt Yeni Azərbaycan Partiyası yaranmasaydı və Azərbaycan xalqı növbəti dəfə öz müdrikliyini göstərib. Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, ölkəmizin inkişafı tam başqa istiqamətdə gedə bilərdi. Hansı istiqamətdə gedə bilərdi? Bunu bu gün biz özünü müxalifət adlandıran elementlərin hərəkətlərində görə bilərik. Əgər onlar iqtidarda qalsaydı, bəlkə də Azərbaycan dünya xəritəsindən çoxdan silinmişdi". Həqiqətən də, o vaxtkı iqtidarın səriştəsiz siyasəti dövlətə, xalqa qarşı edilən xəyanətlər elə bir vəziyyət yaratmışdır ki, hətta Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi yaratmışdır. Respublikada xaos və anarxiya hökm sürürdü. Həmin ağır dönəmlərdə sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq, Ulu Öndər Heydər Əliyevlə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün, Ondan kömək istəyirdilər. Həmin illər Azərbaycan üçün ən ağır və məsuliyyətli dövr idi. Həmin vaxtlar dövlət müstəqilliyinin qorunub-saxlanması üçün qətiyyətli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zərurəti yaranmışdı. Elə həmin vaxtlar 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciət, bütövlükdə, Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi. Azərbaycanda köklü islahatlar aparılmalı, xalqın pozulmuş, tapdalanmış hüquqları bərpa edilməli və güclü vətəndaş cəmiyyəti qurulmalı idi. Bütün sahələrin inkişafı istiqamətinə çox ciddi addımlar atılmalı, dövlətçiliyin bərpası və qorunub-saxlanması yükünü öhdəsinə götürməyi bacaran qətiyyətli fenomenal şəxsiyyətə böyük ehtiyac var idi. Həmin vaxtlar YAP-ın yaranması tarixi zərurət kimi qeyd olunur. 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransı keçirildi və qısa zaman kəsiyində, YAP siyasi hakimiyyətə gəldi. Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantına çevrilən YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi. Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycanın siyasi hakimiyyətinə gəlməsəydi, Azərbaycanın uğurlu reallıqlarından danışmaq olmazdı. Dahi Şəxsiyyət Heydər Əliyevin 1993-cü il prezident seçkilərində xalqın səsini qazandı. Bundan sonra Azərbaycan xalqı, artıq tam əmin oldu ki, ölkəmizi uğurlu gələcək gözləyir. Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin elan olunmasına, "Əsrin müqaviləsi"nin imzalanmasına, 1995-ci ildə Konstitusiyasının qəbul edilməsinə, Şərqlə Qərbi birləşdirən Qədim İpək Yolunun bərpa edilməsinə və digər mühüm əhəmiyyətli işlərin həyata keçirilməsinə nail olundu. Ümummilli Lider Heydər Əliyev "Müstəqilliyin qoruması onu əldə etməkdən qat-qat çətindir" məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Dahi Liderin düşünülmüş və müdrik siyasəti nəticəsində, qısa zamanda, Azərbaycan iqtisadiyyatı inkişaf etdi. Bununla da, Azərbaycanın iqtisadi tərəqqisi başlanmış oldu.
Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr durur. Bu vəzifələrin ən başlıcası Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdadır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasındadır. Son 20 ildə görülən işlər bunu deməyə əsas verir. Son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-nin real həcmi 4 dəfə artıb. Dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur. 20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. 2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib, orta aylıq əməkhaqqı 77.4 manatdan 839,4 manata yüksəlib. Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına yüksəlib. Strateji valyuta ehtiyatları 1,4 milyard ABŞ dollarından 66,1 milyard ABŞ dollarına yüksəlib. Sənayedə məhsul istehsalının həcmi 4,0 milyard manatdan 86,4 milyard manata qədər yüksəlib. Bu və ya digər statistik rəqəmlərin dili ilə Azərbaycanın uğurlu inkişaf yolu keçdiyi aydın görünür.
Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr durur. Bu vəzifələrin ən başlıcası Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdadır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, "Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilmişdir. Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir".
YAP-ın VII Qurultayı həm ölkəmiz, həm də partiya üçün əlamətdar və mühüm ictimai-siyasi hadisəyə çevrildi. Partiyanın Nizamnaməsinin qəbul olunmasından xeyli müddət keçmişdi. Həmin dövr ərzində YAP çox mühüm nailiyyətlərə və irəliləyişlərə imza atıb. Eyni zamanda, yeni islahatlar və dəyişikliklər çərçivəsində partiyanın idarə olunmasında, partiya fəaliyyətinin tənzimlənməsində müvafiq addımların atılması zərurəti yaranmışdı. Qurultay tarixi əhəmiyyəti ilə yadda qaldı. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması istiqamətində mühüm qərarlar qəbul olundu. Partiyanın yeni Nizamnaməsi təsdiq edildi, YAP-ın İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxıldı. Yeni islahatlar və dəyişikliklər çərçivəsində partiyanın idarə olunmasında, partiya fəaliyyətinin tənzimlənməsində müvafiq addımların atılması zərurəti yaranmışdı. Bütün bu məsələlər YAP-ın VII qurultayında təsdiq edilən yeni nizamnamədə öz əksini tapmış oldu. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın."
Yeni idarəetmə modelini özündə ehtiva edən YAP-ın VII Qrultayında qəbul olunmuş qərarlar hakim partiyanın iqtidar-xalq modelinin və milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Qurultayda partiyanın daha təkmil idarəetmə forması müəyyən olundu. Xüsusilə də, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın partiyanın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.
Bildiyimiz kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən sistemli, genişmiqyaslı və kompleks islahatlar reallaşdırılıb. Eyni zamanda, Azərbaycanın gələcək inkişafı üçün yeni hədəflər və strateji prioritetlər müəyyənləşdirilib, bu istiqamətdə addımlar atılıb, ciddi nailiyyətlər əldə olunub. Ən əsası, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanıb. Nəticədə Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub. Yəni Azərbaycan artıq yeni reallıqlar yaradıb. Bu reallıqlar yeni çağırışlar yaradır. Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan inamlı inkişaf yolundadır. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə söylədiyi "YAP dünənin, bugünün və gələcəyin partiyasıdır" fikirləri artıq gerçək həyatda sübut edilmişdir.
Azər SÜLEYMONOV
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına bax
Gündəm
12 Dekabr 00:09

Xəbər lenti
11 Dekabr 23:58

Gündəm
11 Dekabr 22:15

Xəbər lenti
11 Dekabr 19:18

Xəbər lenti
11 Dekabr 17:31

Dünya
11 Dekabr 16:40

Xəbər lenti
11 Dekabr 16:33

Xəbər lenti
11 Dekabr 16:29

Xəbər lenti
11 Dekabr 16:01

Xəbər lenti
11 Dekabr 14:22

Xəbər lenti
11 Dekabr 14:05

Xəbər lenti
11 Dekabr 13:35

Xəbər lenti
11 Dekabr 12:53

Xəbər lenti
11 Dekabr 12:42

İqtisadiyyat
11 Dekabr 12:38

Gündəm
11 Dekabr 12:36

Xəbər lenti
11 Dekabr 12:28

Xəbər lenti
11 Dekabr 12:03

Xəbər lenti
11 Dekabr 11:54

Siyasət
11 Dekabr 11:37

Xəbər lenti
11 Dekabr 11:26

Xəbər lenti
11 Dekabr 11:14

Xəbər lenti
11 Dekabr 10:52

Xəbər lenti
11 Dekabr 10:51

Xəbər lenti
11 Dekabr 10:44

Xəbər lenti
11 Dekabr 10:35

Xəbər lenti
11 Dekabr 10:33

Xəbər lenti
11 Dekabr 10:15

Xəbər lenti
11 Dekabr 10:01

Dünya
11 Dekabr 09:42

Xəbər lenti
11 Dekabr 09:36

Xəbər lenti
11 Dekabr 09:25

Xəbər lenti
10 Dekabr 18:54

Xəbər lenti
10 Dekabr 18:53

Siyasət
10 Dekabr 17:28

Xəbər lenti
10 Dekabr 16:16

Siyasət
10 Dekabr 16:11

Dünya
10 Dekabr 15:31

Xəbər lenti
10 Dekabr 14:24

İqtisadiyyat
10 Dekabr 14:23

Xəbər lenti
10 Dekabr 14:16

Gündəm
10 Dekabr 14:13

Xəbər lenti
10 Dekabr 14:05

İqtisadiyyat
10 Dekabr 13:54

Gündəm
10 Dekabr 13:25

Xəbər lenti
10 Dekabr 13:09

Siyasət
10 Dekabr 13:07

Xəbər lenti
10 Dekabr 12:47

Xəbər lenti
10 Dekabr 12:15

Xəbər lenti
10 Dekabr 12:05

Xəbər lenti
10 Dekabr 11:35

Dünya
10 Dekabr 11:18

Xəbər lenti
10 Dekabr 11:15

Xəbər lenti
10 Dekabr 10:50

Siyasət
09 Dekabr 23:08

Siyasət
09 Dekabr 22:02

Xəbər lenti
09 Dekabr 17:00

Xəbər lenti
09 Dekabr 16:49

Xəbər lenti
09 Dekabr 15:55

Xəbər lenti
09 Dekabr 13:47

Xəbər lenti
09 Dekabr 13:26

Mədəniyyət
09 Dekabr 13:06

Sosial
09 Dekabr 12:40

Analitik
09 Dekabr 12:30

Xəbər lenti
09 Dekabr 12:27

Xəbər lenti
09 Dekabr 12:24

MEDİA
09 Dekabr 12:20

Xəbər lenti
09 Dekabr 12:02

Analitik
09 Dekabr 12:00

Xəbər lenti
09 Dekabr 12:00
