Azərbaycan xalqı üçün yeni mərhələ başlayır
21.02.2024 [12:11]
Müstəqil Azərbaycanın tarixində daha bir tarixi gün geridə qaldı. Fevralın 7-də keçirilən Prezident seçkiləri böyük uğurla başa çatdı. Xalqımızın bayram əhval - ruhiyyəsi ilə keçirdiyi növbədənkənar prezident seçkiləri müasir tariximizin növbəti şanlı səhifəsinə çevrildi. Bu, seçkilər Azərbaycanın müstəqillik tarixində ilk dəfə idi ki, ölkənin bütün ərazisində keçirildi. Müstəqillik qazandıqdan sonra ilk dəfə məhz 7 fevral 2024-cü ildə bütün suveren ərazilərimizdə gerçəkləşən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri çağdaş tariximizə Zəfər Seçkiləri kimi daxil oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı əzəmətli xidmətlərini çox yüksək qiymətləndirən soydaşlarımız növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində öz Qalib Liderini demək olar ki, yekdilliklə dəstəklədilər. Xalqımız 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində fəal iştirak edərək öz Qalib Liderinə və özünün gələcək qələbələrinin memarına səs verdi.
14 fevralda Milli Məclisdə and içən cənab İlham Əliyev xalqın etimadını yüksək dəyərləndirərək bildirdi: “2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan və əsaslı şəkildə həll edirik.”
Cənab Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı qarşıda dayanan vəzifələr, gələcək hədəflər barədə ətraflı bəhs etdi. İlham Əliyev ölkə inkişafının əsas istiqamətləri haqda danışanda ordu qurculuğu, hərbi sənayenin inkişafı, sərhədlərin qorunmasının gücləndirilməsi, xarici risklərdən qorunmaq, milli birlik, azərbaycançılıq, azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması, iqtisadi və sosial sahədə inkişaf, yoxsulluq və işsizliyin aradan qaldırılması, xarici investisiyaların cəlbi, nəqliyyat infrastrukturu, tranzit imkanlarından faydalanmaq, texnoloji və süni intellekt sahəslərinin inkişafından, xarici siyasətin əsas prioriteti kimi isə Türk Dövlətləri Təşkilatına inteqrasiyasını göstərmişdir.Yeni dövrdə iqtisadi islahatların daha da dərinləşməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, eləcə də sosial-təminat tədbirlərinin daha da gücləndirilməsi kimi hədəflər var. Hazırda Azərbaycanın ixrac coğrafiyasının, eləcə də ərazilərimizdən keçən və keçəcək nəqliyyat qovşaqlarının genişləndirilməsi, şaxələndirilməsi, rəqabətədavamlı istehsal potensialının yüksəldilməsi, əhalimizin sosial rifah halının daha da yaxşılaşdırlması istqamətində müntəzəm addımların atılması, təhsil, səhiyyə, mədəniyyət sahələrindəki innovativ addımlar yeni yanaşamalar üçün baza formalaşdırıb. Düşməndən azad edilmiş ərazilərimizdə yeni quruculuq işləri, məcburi köçkünlərin öz ata yurdlarına qayıdışının yüksək səviyyədə təşkilini də bura əlavə etsək deyə bilərik ki, artıq yeni inkişaf dövrünün təməli qoyulub.Əminik ki, dövlət başçısının liderliyi ilə qarşıda duran vəzifələr yüksək səviyyədə yerinə yetiriləcək. Son 20 ildə Azərbaycanın keçdiyi yola nəzər saldıqda, biz Prezident İlham Əliyevin xalqa verdiyi bütün vədləri yerinə yetirdiyinin şahidi oluruq. Ölkədə aparılan praqmatik siyasət, ilk növbədə, milli maraqların nəzərə alınması ilə şərtlənir. Prezident İlham Əliyev qurucu Lider kimi qətiyyətlə reallaşdırdığı siyasətdə həmişə dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görüb və bütün qüvvəsini bu istiqamətdə səfərbər edib. Müdrik Azərbaycan xalqı da həmişə dövlət başçımıza güvənib və bütün məsələlərdə Ona dəstək verib.
Müstəqil Azərbaycan dövlətinin həyatında yeni bir mərhələ başlayır. Bu yeni mərhələdə yeni hədəflər müəyyənləşdirilib. Ölkə iqtisadiyyatının gücləndirilməsi, müasir ordu quruculuğunun davam etdirilməsi, əhalinin rifah səviyyəsinin daha da yaxşılaşdırlması, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, regional və qlobal əhəmiyyətli layihələrin reallaşdırılması yeni hədəflərin müəyyən bir qismidir. Eyni zamanda, Qarabağ və Şəqri Zəngəzurda bərpa-quruculuq işlərinin həyata keçirilməsi, “Böyük Qayıdış”ın təmin edilməsi dövlətimizin əsas prioritetlərindəndir.Prezident İlham Əliyev xalqın, birmənalı şəkildə, dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir.Prezident İlham Əliyev bundan sonra da uzun illər ərzində Azərbaycan xalqının rifahı və tərəqqisi naminə dövlətçiliyimizin gücləndirilməsi proseslərinə uğurla rəhbərlik edəcək və ölkəmizin sosial-iqtisadi inkişafını daha yüksək səviyyəyə qaldıracaqdır.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50

