Qələbə soraqlı bayram tonqalı
27.03.2024 [15:09]
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev bu ilin Novruz tonqalını Xankəndişəhərinin baş meydanında qalayaraq Azərbaycan xalqını bu gözəl bayram münasibətilə təbirk etdi. Dördüncü dəfədir ki, Qarabağda bayram tonqalı qalayan cənab Prezident arzuladığımız bu günü bizə bəxş etməklə əsil bayram hədiyyəsi vermiş oldu. Novruzun gəlişini Qarabağda qeyd edən ölkə başçısı Xankəndi şəhərinin mərkəzi meydanının “Zəfər meydanı” adlandırılmasını müjdələyərək bildirdi ki, qədim Xankəndi bizlərə Qarabağ xanı Pənahəli xanın yadigarıdır. Bizim xan babalarımızın saldığı bu şəhər 30 ildən artıq erməni separatistlərinin əlində olsa da bu gün azaddır. Müzəffər Ordumuz birgünlük antiterror əməliyyatı keçirməklə doğma şəhərimizi işğaldan azad elədi. Bu gün isə bütün Qarabağda, Şərqi Zəngəzurda bərpa işləri görülməklə bərabər, Xankəndidə separtizmin qalıqları ləğv edilir, şəhər öz tarixi simasına qaytarılır. Separatizm yuvası olan “parlament binası” artıq yoxdur. Şuşada da eyni vəziyyətdir. Separatçıların “parlament biması” adlandırdıqları qondarma tikilinin yerində indi beşulduz otel ucalır. Builki bayram tonqalı isə separatizmin son tör-töküntülərini birdəfəlik tarixin zibilliyinə ataraq yandırmış oldu.
Cənab Prezident yerli sakinlər qarşısında çıxış edərək bildirdi ki, biz öz haqq işimiz uğrunda mübarizə apardıq və qalib gəldik. Bu qələbəni bizə qazandıran şəhidlərimizə Allahdan rəhmət diləyən ölkə başçısı dedi: “Biz iyirmi il torpaqlarımızın azad olunmasına hazırlaşmışdıq. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.”
Bəli, ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqlik yolunda zəfərlə addımlayan Prezident İlham Əliyev bu gün ölkəmizin müstəqillik rəmzinə çevrilib və onun həyata keçirdiyi siyasət Azərbaycan xalqını qalib xalqa çevirmişdir.
Cənab Prezident bayram təbrikini belə yekunalşdırmışdır: “Əziz həmvətənlər, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.
Mən bir daha əziz xalqımı qarşıdan gələn bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm, Azərbaycan xalqına cansağlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycandır!”
Azərbaycanın incisi olan Qarabağda bayram tonalları əbədi olaraq yanacaq və xalqımızın qalibiyyət rəmzi olacaqdır!
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45

