AzərTAc-ın müxbiri xəbər verir ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bukingem sarayında Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası ülyahəzrət II Elizabet ilə görüşüblər.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Yorq hersoqu şahzadə Endryu ilə birgə nahar ediblər.