Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da ATƏT-in baş katibi Mark Perrin de Brişambonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanla ATƏT arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.