Myanmanın (Birma) qərbində güclü zəlzələ baş verib. yeniazerbaycan.com-un Rusiyanın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Avropa -Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, Myanmanın qərbində Hindistanla sərhəd yaxınlığında 6 bal gücündə zəlzələ baş verib.
ESMC-nin məlumatına görə, yeraltı təkanlar 40 kilometr dərinlikdə, zəlzələnin episentri Xakxa şəhərindən on kilometr şimal-qərbdə olub.
Mümkün tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.