Ukraynada yol qəzası: ölənlərin sayı 13-ə çatıb

Ukraynanın Çerniqov vilayətinin Brusilov kəndi yaxınlığında Çerniqov-Qremyaç yolunda “Çerniqov-Sosnitsa” mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində baş vermiş qəzada çox sayda ölən var. yeniazerbaycan.com-un “RBC-Ukrayna”ya istinadən verdiyi məlumata görə, 13 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat mərkəzinin  məlumatına görə, qəzanın nəticələrinin aradan qaldırılmasına 30 nəfər və 13 texnika cəlb olunub.