Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünün ilk "Qarabağ" – "Neftçi" derbisinin keçiriləcəyi tur müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, ölkə futbolunun ən prinsipial qarşılaşmalarından hesab olunan görüş VIII tura təsadüf edəcək.
Qeyd edək ki, Premyer Liqada yeni mövsüm avqustun 14-də start götürəcək.