Almaniyada Reynland-Pfalts federal əyalətinin Kref kəndində otel uçub, ölənlər var. "Yeni Azərbaycan" TASS - a istinadən xəbər verir ki, bu barədə Trier şəhərinin polisi bildirib.
Polisin məlumatına görə, bir otel binasının dayaqları dağılıb, 8 nəfər dağıntılar altında qalıb. Tikilinin uçması nəticəsində bir nəfərin itkin düşdüyü qeyd edilir.
Ümumilikdə, çökmə zamanı oteldə 14 nəfər olub, onlardan beşi dağıntılar altından çıxa bilib, 31 nəfər isə qonşu binalardan təxliyə edilib.
Havar Şəfiyeva